Yuxarı

Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada EkoAvrasiya və Pursaklar bələdiyyəsinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan münasibətləri: Qardaşlıq və strateji ortaqlıq” mövzusunda beynəlxalq simpozium keçirilib.

Axar.az xəbər verir ki, tədbirin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva türk dünyasına səslənərək çağırış edib.

Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı problemlərdən danışan millət vəkili bildirib ki, güc birlikdədir və ədalətsizliklərə qarşı daha güclü mübarizə aparılacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür” fikirlərini vurğulayan millət vəkili çıxışında türk dünyasının ən böyük problemlərindən olan Qarabağ məsələsindən də danışıb.

Q.Paşayeva qeyd edib ki, bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmaçı, QHT və KİV-lərin üzərinə çox böyük missiya düşür:

“Son günlər bölgədə vəziyyət daha da gərginləşib. Türkiyə ilə birlikdə terror, cinayət və işğallar həyata keçirənlərə qarşı mübarizəmizi gücləndiririk. Düşmənin ədalət qarşısında cavab verməsinə nail olacağıq”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan prezidentinin yeritdiyi siyasət, görülən işlər, həyata keçirilən böyük layihələr, hər iki qardaş dövlətin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstək indiki dönəmdə çox vacib addımlardandır.

Q.Paşayeva Ankarada Pursaklar bölgəsində də Qarabağ parkının salınmasından dolayı bələdiyyə başqanı Səlcuk Çətinə təşəkkür edib və bu cür addımların önəmini xüsusilə vurğulayıb.

Tarix
2017.05.25 / 15:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla