Yuxarı

Kimin Azərbaycana qarşı iradı varsa...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ona qarşı təhidlərin qarşılığında öz uğurlu inkişafını davam etdirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Son zamanlar Azərbaycanın dövlətçiliyinə qarşı yönələn təhdidləri şərh edən millət vəkili vurğulayıb ki, bu cür addımlar ölkəmizi zəiflətməyə, yeritdiyi siyasətə əngəl törətməyə yönəlib:

“Azərbaycan çox uğurla inkişaf edir və ən böyük problemimiz ərazi bütövlüyümüzdür. Ancaq Azərbaycan problemin həll edilməsi istiqamətində beynəlxalq hüquq çərçivəsində dəstək əvəzinə ikili standartlarla üzləşir. Bu, çox mənfi haldır. Zənnimcə, son zamanlar ölkəmizin daxili işinə qarışmaq cəhdlərində xarici qüvvələrlə bərabər, erməni lobbisinin aktivliyi də rol oynayır. Əlbəttə, Azərbaycan heç bir zaman öz yolundan dönməyəcək. Azərbaycan ona qarşı yol verilən təhdidlərin qarşılığında öz uğurlu inkişafını davam etdirəcək. Əgər hər hansı bir dövlətin Azərbaycana qarşı iradı varsa, ilk növbədə ermənilər tərəfindən torpaqlarımızın işğal faktoruna diqqət yetirsinlər. 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının işğalı davam etdirilir. Beynəlxalq hüquq normalarının bu cür kobud şəkildə pozulması yolverilməzdir. Bu, birbaşa erməniləri dəstəkləməkdir. Antiazərbaycan yönlü xarici qüvvələr əvvəlcə bunun qarşısını alsınlar, sonra ölkəmizlə bağlı müəyyən fikirlər irəli sürsünlər”.

Millət vəkili qeyd edib ki, ölkəmizin müstəqil siyasətinə kölgə salmaq istəyən qüvvələr ilk növbədə Azərbaycan ərazilərində işğalçı erməni ordusunun olduğunu görməzdən gəlməkdən vaz keçməlidir:

“Çox gec olmadan erməni qoşunları mütləq qaydada Azərbaycan torpaqlarından çıxmalıdır. Bu fakt nə qədər ki, yerinə yetirlməyib, biz Azərbaycanla bağlı heç bir iradı qəbul edə bilmərik. İkili standartlardan əl çəkməli, ədalətə söykənməlidirlər. Görünür, Azərbaycanın sürətli inkşafı bəzi qüvvələri nəinki qane etmir, hətta narahat edir. Azərbaycan müstəqil siyasət yürüdür, daxili və xarici siyasətində hansı addımları atmalı olduğunu da çox yaxşı bilir. Azərbaycana irad tutanlar bu gün özləri çox ciddi problemlər qarşısındadır. Ona görə də heç bir dövlət Azərbaycanın daxili işinə müdaxilə də bilməz. Bütün münasibətlər beynəlxalq prinsiplər üzərində qurulub, ona görə də zəhmət çəksinlər, münasibətləri məhz bu prinspilər əsasında irəli aparsınlar”.

Qeyd edək ki, xüsusilə ABŞ-a bağlı bəzi qurumlar Azərbaycanın daxili siyasətinə nüfuz etməyə cəhd göstərirlər. Həmçinin ATƏT-in Misnk Qrupu Dağlıq Qarabağın sərhədlərindən kənarda olan və ermənilərin özlərinin də işğal etdiklərini təsdiqlədikləri Laçının işğal günündə Ermənistana məxsus OSA-nın Azərbaycan Ordusu tərəfindən vurulmasını qınayan bəyanat yaymaqla, qərəzli mövqe sərgilədi.

Tarix
2017.05.25 / 17:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla