Yuxarı

Ermənistan işğalı bu yolla legitimləşdirmək istəyir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında uçuşların həyata keçirilməsi planları Azərbaycanın haqlı narazılığına səbəb olub. Artıq rəsmi Bakı ermənilərin bu addımına lazımı cavabı verib və erməni həyasızlığının qarşısının alınması üçün hüquqi addımların atılacağını bildirib.

Ermənilərin bu addımın Qaynarinfo.az-a şərh edən politoloq Elnur Soltanov Ermənistanın bu yolla işğalı legitimləşdirmək istədiyini bildirib:

"Ermənilər bu məsələni hər zaman gündəmdə saxlamağa çalışacaqlar. Bu, çox ciddi məsələdir. Bunun nəticəsində Ermənistan tərəfi müəyyən mənada işğalı legitimləşdirəcək. Azərbaycan ərazisində qanunsuz uçuşlar edildiyindən həmin təyyarələrin vurulması mümkündür. Amma bu zaman mülki insanlar ölə bilər ki, ermənilərin də istədiyi budur. Bu zaman onlar dünyaya səs salacaq ki, mülki insanları məhv edirlər, Qarabağ Azərbaycanın tərkibində ola bilməz və s. Ona görə çox diqqətli olmaq və strateji davranmaq lazımdır. Ermənistana elə bir mesaj vermək lazımdır ki, onlar bu addımı atmaqdan daşınsınlar. Azərbaycan tərəfi indiyədək bu prosesi normal şəkildə həyata keçirib. Əminəm ki, həm ordumuzun, həm də diplomatlarımızın yaranacaq istənilən situasiyada düşmənə cavab vermək üçün ikiqat planları var. Azərbaycan həm birbaşa, həm də ikitərəfli kanallar vasitəsilə çox aydın şəkildə bəyan edib ki, belə bir uçuş təşkilolunsa, heç bir məsuliyyət daşımayacaq. Bu mesaj aydın şəkildə, spesifik olaraq beynəlxalq qurumlar və ümumi olaraq BMT-yə daxil olan bütün beynəlxalq aviasiya təşkilatları vasitəsilə də göndərilməlidir".

Tarix
2017.05.25 / 17:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla