Yuxarı

Prezidentə 6 təbrik məktubu göndərildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:12

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə hərtərəfli inkişaf arzulamaqdan çox məmnunam.

Əminəm ki, Serbiya Respublikasının Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığı və strateji əlaqələri qarşıdan gələn illərdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək.

Gözəl ölkənizə etdiyim səfərlər zamanı səmimi qarşılanmaya, mehriban və konstruktiv söhbətlərimizə, həmçinin Serbiya Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək siyasətinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin”.

***

Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını Çin Xalq Respublikasının Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. “Bir kəmər-bir yol”un birlikdə yaradılması niyyətimizdən istifadə edərək, Sizinlə ikitərəfli münasibətlərimizin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığımızın yeni inkişafını birgə səylərimizlə irəlilətməyə hazıram.

Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.

***

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təb rik məktubu göndərib.

Məktubu təqdim edirik:

“Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram”.

***

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri,

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm”.

18:50

Prezident İlham Əliyevə 22 May Respublika Günü münasibəti ilə təbrik məktubları gəlməkdə davam edir: Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard.

Tarix
2017.05.26 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla