Yuxarı

Qarabağ üçün mübarizəmizi davam etdiririk – Əsgərov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə NATO Parlament Assambleyasının Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrinin müxtəlif mövzularda iclasları keçirilib. Biz NATO Parlament Assambleyasının komitə iclaslarında Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandırmağa çalışırıq.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın NATO Parlament Nümayəndə (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, komitə iclaslarında Suriya və İraq müharibələrinin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz Regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunur:

“Müzakirələr zamanı Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar veririk. Biz bəzi hallarda biz Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə, mübarizəmizi davam etdiririk”.

Tarix
2017.05.28 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla