Yuxarı

Moldova prezidenti mənə dedi ki… - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova nümayəndə heyətini Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istəyirəm. Prezidentin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşdən sonra mətbuata bəyanatında deyib.

“Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə etdik və gələcək birgə fəaliyyətimizin yollarını müəyyənləşdirdik. Biz bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcək və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik. Prezidentin səfəri bizim bir-birimizə qarşılıqlı hörmətimizin və qarşılıqlı marağımızın göstəricisidir. Onu da qeyd etmək istərdim ki, Moldova Prezidenti cənab Dodonun Azərbaycana rəsmi səfəri onun ilk rəsmi səfərlərindən biridir. Biz onun ölkəmizə gəlişini Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk”, - İlham Əliyev bildirib.

Prezident ticari-iqtisadi əməkdaşlıqla bağlı məsələləri geniş müzakirə etdiklərini qeyd edib:

“Bu sahədə yaxşı potensial var. Artıq bizim orqanlara müvafiq təlimatlar verilib ki, əmtəə dövriyyəsinin artırılması ilə əlaqədar məsələlərin razılaşdırılması prosesi sürətləndirilsin. Əlbəttə, bunun üçün ümid edirik ki, lap yaxın vaxtda hökumətlərarası birgə komissiya toplaşacaq. Çoxdan bəri toplaşmayan komissiyanın bu iclasında qarşılıqlı ticarətin necə artırılması, investisiyalar üzrə hansı imkanların olması, bizim şirkətlərin birgə iştirak edə biləcəkləri hansı infrastruktur layihələrinin mövcud olması kimi mühüm məsələlər müzakirə ediləcək. Yəni, bu məsələlər bloku da böyük əhəmiyyət kəsb edir, çünki ticari-iqtisadi münasibətlərin bugünkü səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Biz bilirik ki, qat-qat artıq potensial var. Energetika və nəqliyyat sahələrində əməkdaşlığın da böyük perspektivləri var. Biz Azərbaycanda çoxlu nəqliyyat və enerji layihələri həyata keçiririk. Bu layihələr artıq çoxdan ölkəmizin hüdudlarından kənara çıxıb. Bu istiqamətdə moldovalı tərəfdaşlarımızla əməkdaşlıq etmək maraqlı olardı.

Bu gün biz regionlararası əlaqələr məsələlərini də müzakirə etdik. Bu sahədə ölkələrimizin müxtəlif regionları arasında münasibətlərin strukturlaşdırılması və ya formalaşdırılması üzrə konkret addımlar nəzərdə tutmuşuq. Əlbəttə, humanitar əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. Moldova Prezidenti mənə dedi ki, dünən o, Azərbaycandakı moldav icmasının nümayəndələri ilə görüşüb. Moldovadakı Azərbaycan diasporu da çox fəal işləyir və Prezidentin onlara göstərdiyi diqqətə görə ona təşəkkür edirəm. Bu da ikitərəfli münasibətlərdə mühüm amildir.

Əminəm ki, bugünkü səfər münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, bizim münasibətlərə zəruri dinamizm verəcək və çox mühüm məsələlərin həllinə kömək edəcək. Bununla da ölkələrimizi və xalqlarımızı yaxınlaşdıracaq.

Mən cənab Prezidentə ölkəmizə gəldiyinə görə təşəkkür edirəm. Hörmətli cənab Prezident, Sizə və dost Moldova xalqına yeni uğurlar və firavanlıq arzu edirəm. Sağ olun”.

Tarix
2017.06.22 / 14:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla