Yuxarı

Qarabağda sülh olmayacaq - Trofimçuk

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Getdikcə daha aydın görünür ki, dondurulmuş adlandırılan Qarabağ konfliktinin donu açılıb və erməni-Azərbaycan qarşıdurmasının tam ölçüdə bərpasını yalnız rəsmi qaydada elan eləmək qalır.

Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı politoloq, xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk rusdilli Vesti.az saytına müsahibəsində deyib.

Münaqişə sonrasında yeni hərbi toqquşmanı qaçılmazlığının motivlərinə toxunan analitik bildirib:

“Mən bu barədə hələ 2014-cü ildə, avqust hadisələrinə kimi danışmışam – nə vaxt ki, Qarabağ zonasında atəşkəs dövrünün ilk ciddi kəskinləşməsi qeydə alınmışdı. Mənə aydın idi ki, Ukrayna hadisələri, yəni o vaxt başlayan Ukrayna müharibəsi mütləq ümumi situasiyaya təsir edəcək. Və bu müharibə həqiqətən də Qarabağdakı müharibədə əksini tapdı – hansı ki, artıq 2016-cı il aprelin əvvəlindəki əməliyyatlarda özünü göstərdi. Apreldən sonra isə aydın idi ki, köhnə danışıqlar formatı ilə situasiyanı saxlamaq yalnız müvəqqəti mümkün olacaq. Bu da praktikada öz təsdiqini tapdı”.

Politoloqun sözlərinə görə, geosiyasi çöküş və ənənəvi beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquq sisteminin yox olması fonunda müharibəni önləmək üçün praktik ideyaların yoxluğu Qarabağda müharibəni labüd edir: “Başqa sözlə, nə qədər ki, ətrafda sülh azdır, Qarabağda da sülh olmayacaq”.

Politoloq Ermənistanın Rusiyanın başı üzərindən Avropa Birliyi və NATO ilə təmaslar qurmağa can atmasına da münasibət bildirib:

“Moskvanın İrəvana istənilən təzyiqi xüsusən də regionda və dünyada bugünkü qarşıdurmaların kompleksi fonunda Ermənistanın qərbyönlü kursunun güclənməsinə gətirə bilər. İrəvanın ABŞ, NATO, AB və digər təşkilatlarla təmasları bu və ya başqa dərəcədə davam və inkişaf edəcək. Və bu təmaslar daha aktiv ola bilər, əgər Ermənistan onun üçün ənənəvi olan dövlətlərarası formatlarda istər hərbi-siyasi, istərsə də iqtisadi planda özünün vəziyyətini yaxşılaşdırmağın üsullarını tapa bilməzsə. Qərb isə indi gözləyə də bilər, zaman onun tərəfindədir. Qərbdə təbii ki, heç kim Ermənistanı gözləmir”.

Rusiyalı ekspert hesab edir ki, Dağlıq Qarabağ nizamlanması üçün lazım olan bütün sənədlər çoxdan yazılıb.

“Madrid prinsipləri belə bir yaradıcılığın zirvəsidir. Ancaq bununla belə, ümumi durum müharibəyə meyillidir. Bu isə o deməkdir ki, hətta ən yaxşı sənədlər də real vəziyyətə təsir eləmək qabiliyyətində deyil. Odur ki, heç bir yeni sənəd, kağız lazım deyil. Onu da nəzərə almaq lazımdır ki, bu gün qaçaraq şəkildə hazırlanan istənilən yeni kağız yeni bir tonqal qalaya bilır”, - deyə politoloq skeptik şəkildə əlavə edib.

Tarix
2017.06.27 / 23:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla