Yuxarı

Son iyirmi ildə 200 milyard dollar... – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentə məni Polşaya səfərə dəvət etdiyinə, mənə və bizim nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz əməkdaşlığımızın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Mənim Polşaya səfərim çox uğurlu keçir. Biz bir çox sənədləri imzalamışıq. Onların arasında mən strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə Birgə Bəyannaməni xüsusi vurğulamaq istəyirəm. Bu, siyasi və iqtisadi əlaqələrimizin inkişafında yeni bir yol xəritəsini əmələ gətirir. Bəyannamənin adı bizim iqtisadi əməkdaşlığa necə önəm verdiyimizi göstərir. Bugünkü biznes forum onun digər bir göstəricisidir. Çünki biznes icmaları çox həssasdırlar və çox aydın başa düşürlər ki, bu gün Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr onlar üçün yeni imkanlara yol açır. Məndə olan məlumata görə, bu gün biznes forumda şirkətlərimiz arasında bir neçə razılaşma imzalanacaqdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Varşavada keçirilən Azərbaycan-Polşa biznes forumunda çıxışında deyib.

Prezident bildirib ki, ticarət dövriyyəmizin cari səviyyəsi bizi qane edə bilməz və bu gün cənab Prezident və nümayəndə heyətləri ilə ticarət dövriyyəsinin necə artırılması yolları müzakirə olunub:

“İqtisadi əlaqələrimizə təkan vermək üçün və həmçinin ixrac potensialımızın yaxşı mənzərəsinin formalaşmasına dair əlverişli fürsətlər var. Yəni, biz bir-birimizə nəyi ixrac edə bilər və hansı birgə biznes layihələrini icra edə bilərik.

Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik”.

Tarix
2017.06.28 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla