Yuxarı

Bizə 2-3 il vaxt lazımdır ki... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədlərimizdən çox kənara uzanan olduqca önəmli enerji və nəqliyyat layihələrini həyata keçirir. Nəqliyyat sahəsində, cənab Prezidentin qeyd etdiyi kimi, biz artıq dəhlizlərin yaradılması üzrə birgə fəaliyyətə başlamışıq. Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması üzərində uzun illərdir ki, çalışırdı və indi bütün zəruri nəqliyyat infrastrukturu artıq yaradılmışdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Varşavada keçirilən Azərbaycan-Polşa biznes forumunda çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycanın bütün qonşuları ilə şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəsi var:

“Bizim bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanımız var. Bizim yükdaşıma donanmamız dünya miqyasında fəaliyyət göstərən ən aparıcı yükdaşıma donanmalarından biridir.

Ölkəmiz regionla ən yeni magistrallar şəbəkəsi ilə birləşir. Biz daşımaların həcmini Xəzər dənizində yeni tikilmiş ən böyük liman vasitəsilə artırırıq. Onun birinci mərhələsi artıq fəaliyyət göstərir və növbəti il dəniz limanının tikintisinin tamamlanması bizə ən azı ildə 15 milyon ton yük və bir milyon ton konteyneri yükləyib-boşaltmaq imkanını verəcəkdir. Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizi demək olar ki, icra edilib. Azərbaycan nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda, Gürcüstanda dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq.

Polyak dostlarımızla üzərində çalışdığımız digər bir layihə isə Cənub-Qərb dəhlizidir. Bunu cənab Prezident də qeyd etmişdir və mən çox şadam ki, Polşa bizim tərəfdaşımızdır. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə yüklərin Azərbaycan ərazisindən çatdırılma vaxtı ənənəvi marşrutlarla müqayisədə ən azından iki dəfə qısa olacaqdır. Çoxlu işlər görüləcək, var-dövlət əmələ gələcək və layihə özü ilə yeni əməkdaşlıq sahələrini gətirəcəkdir”.

Cənub Qaz Dəhlizinin Avropada çox yüksək səviyyədə dəstəklənən digər bir vacib layihə olduğunu deyən İlham Əliyev bildirib ki, layihə Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir:

“Cənub Qaz Dəhlizi Azərbaycanın bir neçə il bundan öncə başladığı layihədir. Bu, dəyəri 40 milyard dollar təşkil edən və demək olar ki, artıq tamamlanan bir layihədir. Bizə bu layihəni 100 faiz tamamlamaq üçün 2-3 il lazımdır. İndi bu layihənin müxtəlif seqmentlərinin icrası 40-95 faiz arasındadır. Bu, Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə olacaqdır. Bu, enerji şaxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir. Biz cənab Prezidentlə bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. Bizim Polşa ilə əməkdaşlığımız da çox uğurludur. Beləliklə, əməkdaşlığımızın bu aparıcı qüvvələri qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihələri kimi mühüm əhəmiyyət kəsb edir. Lakin, eyni zamanda, onlar bu layihənin bir hissəsi olmaq üçün özəl şirkətlərə böyük imkanlar açır. Mən bir daha Polşa şirkətlərini bizim tərəfdaşımız olmağa dəvət edirəm. Biz daha sıx iqtisadi və işgüzar əlaqələr yaratmaq istəyirik. Polşa bizim üçün yaxın dost və nəinki Avropada, dünya miqyasında böyük potensialı və çox yaxşı mövqeyi olan bir ölkədir”.

Tarix
2017.06.28 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla