Yuxarı

Çevriliş gecəsi: Gülən niyə hərəkətə keçdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahın məhşəri və ləşkəri

Türkiyədə Fətullah Gülənin həyata keçirdiyi hərbi çevrilişə cəhddən bir il ötdü.

Bir il öncə Gülən Türkiyə ordusunun içərisində yetişdirdiyi müridləri vasitəsilə türk millətinə silah tuşladı, 250 insanın həlak olmasına səbəb oldu. Qardaş ölkədə həmin hadisəyə qədər bir neçə dəfə hərbi çevriliş baş tutmuş, siyasi liderlər asılmış və ya həbs olunmuşdu. Amma heç birində hərbi çevriliş günü bu qədər qanlı hadisə olmamışdı.

Gülənə bağlı “hərbçi”lərin isə bu qədər dəhşətli hadisələrə qol qoyması onların məhşər gününə görə idi. Çünki bu hadisəyə əl atmasaydılar, avqust ayında Gülənin ləşkəri ordu içindən təmizlənəcəkdi.

Gülən məhz bu məhşərin qarşısını almaq üçün ləşkərini küçəyə tökdü.

***
Ötən il təhsil üçün Türkiyəyə getdiyim zaman hadisənin üstündən iki ay ötmüşdü. İstanbul hələ də hadisənin izlərini daşıyırdı, insanlarda bir az hüzursuzluq, narahatlıq vardı. Amma iki ay ərzində Ərdoğan hadisələri nəinki nəzarət altına almış, hətta baş verən hadisədən dividend əldə etməyi də bacarmışdı.

Həmin günlərdə şəhər terror əleyhinə şüarlarla bəzədilmiş, 15 temmuz şəhidlərinin adı əbədiləşdirilmişdi.

Demək olar ki, şəhərin hər yerində “biz bir millətik, terrora, darbəyə yenilmərik” şüarları asılmışdı.

***

Aradan ötən bir ildən sonra 15 iyunda baş verən hərbi çevrilişə cəhdi daha yaxşı analiz etmək mümkündür.

Hərbi çevrilişə cəhdin arxasında mistik qüvvələri, ABŞ-ı axtarmağın mənasız olduğu bir ildə tam şəkildə aydın oldu.

Bu mövzu ilə bağlı ötən ilin oktyabrında keçmiş baş nazir Məsud Yılmaz çox maraqlı açıqlama verdi: “Amerikaya getdiyim zaman önəmli vəzifələrdə olmuş, hazırda məsləhətçilik edən bir şəxsdən “bu işin arxasında CİA ola bilərmi?” deyə soruşdum. “Əgər olsaydı, uğursuz olmazdı” cavabını verdi və mənə bir çevrilişin uğurlu olması üçün əvvəlcə əlaqə sistemlərinin necə sıradan çıxarıla biləcəyini izah etdi”.

Yılmazın həm də nəyə işarə etdiyi aydındır. Türkiyədə baş tutmuş əvvəlki hərbi çevrilişlərin arxasında ABŞ dəstəyinin olduğu bilinir.

Bu bir ildə hərbi çevrilişin Ərdoğanın özü tərəfindən qurulmuş tamaşa olduğunu da iddia edənlər oldu. Bunu deyənlər Fətullah Gülənin Türkiyədəki və dünyadakı gücündən xəbərsiz olanlar və onun siyasi çevrələrdəki dəstəkçiləridir. Onsuz da xalq tərəfindən kifayət qədər dəstəklənən Ərdoğanın bu cür riskli bir oyun quracağı mümkünsüzdü. Ərdoğan sadəcə Gülənin son çarəsi qaldığını bilirdi, hərbi çevrilişə cəhddən xəbər tutan kimi həm qarşısını aldı, həm də prosesləri öz məqsədlərinə doğru yönəltdi.

15 iyun hadisəsinə səbəb son bir neçə ildə baş verən hadisələrdir. “Mavi Mərmərə” hadisəsinə Gülənin münasibətilə başlayan, ardınca Gülənə məxsus “dərsanə”lərin qapadılması, Gülənin rüşvət hadisəsini ortaya çıxarması, Ərdoğanın bir neçə nazirini devirməsi ilə tamamlanan olayların nəticədə bu nöqtəyə çatacağı gözlənilirdi. Çünki müxalifəti hər ötən il daha da sıradan çıxaran, zəiflədən Ərdoğanın tam hakimiyyətə yiyələnməsi üçün bir zamanlar ona dəstək olan, bərabər yola çıxdıqları şəbəkə yox edilməliydi.

Ərdoğanın son illərdə apardığı anti-Qərb siyasət isə Gülənin maraqlarına cavab vermirdi, ona görə də bu toqquşma labüd idi.

Sonradan məlum oldu ki, Rusiya təyyarəsinin vurulması, rus səfirin öldürülməsi kimi hadisələr də bu proseslə bağlıdır. Davudoğlu ilə bağlı yaranan qalmaqal da prosesin bir parçasıdır.

***
Bu ilin aprelində baş tutan referendumun nəticələri göstərdi ki, 15 temmuz hadisəsindən Ərdoğan nə qədər istifadə etsə də, ona xüsusi dividend qazandıra bilməyib. Əksinə, nüfuzu bir az aşağı düşüb. Amma yenə də hələ ki, üstünlük onun tərəfindədir.

Gələcəkdə isə vətəndaşlar Ərgənəkon olaylarına görə Ərdoğanı qınasalar da, Gülən şəbəkəsinə ciddi zərbə vurduğuna görə rəhmət oxuyacaqlar.

Bu hadisədən sonra Türkiyədə yeganə qazanılan fayda millətin birliyi oldu.

Millət indi həm 15 iyul hadisəsinə səbəb olanların cəzalandırılmasını, həm də Gülənə bağlı olması iddiası ilə haqsız tutulanların azad edilməsini istəyir.

Tarix
2017.07.15 / 10:00
Müəllif
Dilqəm ƏHMƏD
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla