Yuxarı

Əliyev Putin görüşü: Bakı erməni lobbisi ilə savaşını gücləndirir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni lobbisindən Azərbaycan-Rusiya münasibətlərinə qarşı təxribatları hər zaman gözləmək olar.

Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşünü şərh edərkən politoloq İlqar Vəlizadə söyləyib.

“Təxribatların olma ehtimalı çoxdur. Burada bir şeyi nəzərə almaq lazımdır ki, Ermənistanın siyasi rəhbərliyi Rusiyada fəaliyyət göstərən erməni lobbisi ilə sıx əlaqəlidir. Hətta Rusiyada erməni lobbisi o qədər geniş imkanlara malikdir ki, o, hətta Ermənistanın daxilində gedən proseslərə belə təsir göstərə bilir. Ermənistanın dövlət mexanizmlərinin bir hissəsinin fəaliyyətini həmin lobbi müəyyənləşdirir. Biz bu lobbinin mütəşəkkil şəkildə Azərbaycana, Azərbaycanın maraqlarına qarşı hərəkət etməsini gözləyə bilərik. Əslində Rusiyanın siyasi, iqtisadi maraqları Kremlin Azərbaycana düşmən gözü ilə baxmasını imkansız edir”, – politoloq bildirib.

Ekspertin fikrincə, Ermənistan Rusiyada Azərbaycandan düşmən obrazı yaratmağa çalışır:

“Rusiya çalışır ki, Azərbaycanı və Ermənistanı öz orbitində saxlasın. Rusiya eyni zamanda başa düşür ki, bu iki ölkənin siyasi, iqtisadi potensialı arasında kifayət qədər böyük fərqlər mövcuddur. Azərbaycanla siyasi, iqtisadi, hərbi və digər sahələrdə iş birliyinin qurulması, Rusiya üçün Ermənistanla əməkdaşlıqdan daha səmərəli olacaq. Əlbəttə, Azərbaycanın da maraqları var və Rusiya bu maraqları nəzərə almaya bilməz. Prezidentlərin görüşündə məhz elə bu maraqların bir-biri ilə uzlaşması müzakirə edilib. Burada ziddiyyətlərin olduğu da məlumdur. Ancaq Rusiya başa düşür ki, Azərbaycan Rusiya ilə mübarizə aparmır, müharibə Ermənistanla aparılır. Ermənistan istəyir ki, Azərbaycan tərəfinin həm Ermənistanla, həm də Rusiya ilə müharibə aparması təsəvvürü yaratsın. Rusiya belə mənzərənin yaradılmasının marağında deyil. Rusiya bacardığı qədər bu məsələdə distansiv davranmağa çalışır. Ermənilərin bu cəhdləri Rusiyanın əsas siyasi dairələrini narahat etməkdədir. Ona görə də fikir mübadiləsi əsasında hər iki tərəf çalışır ki, bir-biri ilə münasibətləri pisləşməsin, iki ölkə arasında böhran yaşanmasın, qarşılıqlı münasibətlər inkişaf etsin”.

Qeyd edək ki, Vladimir Putinlə İlham Əliyev arasında görüş iyulun 21-də Rusiyanın Soçi şəhərində keçirilib.

Tarix
2017.07.24 / 15:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla