Yuxarı

Malorusiya layihəsi: Kreml II Donbas savaşını başladır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna ilə sərhəd bölgəsinə texnika göndərməsində əsas məqsəd müxtəlif yollarla separatçılara dəstək olmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna arasındakı gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskva hələ də Qərbin qəzəbini soyuda bilməyib:

“Moskva onsuz da qırmızı xətti çoxdan keçib. Krımı işğal etməklə Avropa və ABŞ-la münasibətləri son dərəcə gərginləşdirib. Hətta Donbas məsələsində nə vaxtsa irəliləyiş olsa belə, Krımın işğalına görə Avropa Birliyi ölkələri və ABŞ Rusiyaya qarşı olan sanksiyaları ləğv etməyəcək. Donald Tramp Rusiya ilə münasibətlərin yumşaldılmasına çalışır, amma ABŞ bu saat Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə məşğuldur. ABŞ təkcə prezidentdən ibarət deyil. Konqres, Dövlət Departamenti, Pentaqon var. Bunların hamısının proseslərə təsiri mümkündür. Bütün bu qurumlar da Rusiyaya qarşı sanksiyaların tərəfdarıdır. Ona görə də Tramp nə qədər Rusiya ilə münasibətləri normallaşdırmağa çalışsa da məcburdur ki, bu siyasətə sadiq qalsın”.

Rusiya parçalanmış Ukrayna layihəsini ləğv edir

Ekspertin fikrincə, Kreml artıq Ukrayna məsələsindən yorulub. Belə ki, bu konflikt onsuz da ağır vəziyyətdə olan Rusiya büdcəsini daha da pisləşdirir:

“Malorusiya adlı kvazidövlətin yaradılması, Rusiyanın çoxdankı niyyətidir. Krımı işğal etdikdən sonra bu məsələ gündəmə gəlib. Rusiya düşünürdü ki, Ukraynanı tən yarıya parçalasın, qərbi Ukrayna ayrıca müstəqil dövlət olsun, Donbas da daxil olmaqla Rusiyanın təsiri altında ayrıca bir dövlət yaradılsın. Rusiya Donbasda sepratçılara verdiyi dəstəyi hələ də davam etdirir. İndiki halda düşünmürəm ki, Rusiya separatçılara verdiyi dəstək sayəsində Ukraynanı parçalamaq siyasətini davam etdirsin. Çünki bu ona baha başa gələ bilər və sanksiyalar daha da sərtəşə bilər. Amma hər halda Ukraynadakı vəziyyət gərgin olaraq qalır və hazırda bu problemlərin həlli mümkün deyil. Burada da Rusiyanın mənfi rolu var və belə vəziyyət davam etdikcə Rusiya-Qərb münasibətlərinin normallaşmağını gözləmək düzgün deyil”.

II Donbas savaşı başlayır?

E.Şahinoğlu Moskvanın II Donbas savaşını yaxın gələcəkdə başlatmağı planlaşdırmadığını bildirib:

“Doğrudur, atəşkəs ara-sıra pozulur, lakin hər halda separatçılar riskə getmək istəmir. Hazırda Donbasda cəbhə xətti formalaşıb. Cəbhənin bir hissəsinə separatçılar Rusiyanın köməyi ilə nəzarət edir, digər hissədə isə Ukrayna ordusu onlara qarşı mübarizə aparır. Bizdə də olduğu kimi Rusiya-Ukrayna sərhədində də atəşkəs pozulur, müəyyən qətllər qeydə alınır. Buna baxmayaraq genişmiqyaslı müharibə gözlənilmir. Sabah ya da birisi gün hər hansı bir təxribat nəticəsində müharibə başlamağını gözləmək olmaz. Ona görə də Rusiya guya ki, öz düşüncəsinə görə addımlar atır və qoşunlarını Ukrayna sərhədlərinə yerləşdirir. Əslində bunun əsas səbəbi ondan ibarətdir ki, müxtəlif yollarla separatçılara canlı qüvvə və texnika göndərsin”.

Ukrayna heç vaxt tam qələbə qazanmayacaq

Ekspert Rusiyanın Ukraynanın separatçılar üzərində tam qələbə qazanmasına heç bir zaman imkan verməyəcəyini söyləyib:

“Rusiyanın Ukraynada separatçılara verdiyi dəstək açıq-aşkar deyil. Yəni ordu separatçılar tərəfində rəsmi olaraq savaşmır. Müxtəlif adamları və texnikanı müxtəlif yollarla sərhəddən keçirirlər. Sərhəddəki hərbi hissələrin əsas məqsədi separataçılara dəstək verməkdir. İnanıram ki, Rusiya ordusu Ukrayna ordusuna qarşı müharibəyə başlamayacaq. Bu, hər şeyin sonu demək olar. Bütün bunlara baxmayaraq, Rusiya yenə də separatçılara dəstək verməyə davam edəcək. Rusiya Ukrayna ordusunun separatçılar üzərində qəti qələbə qazanmasına imkan verməyəcək”.

Tarix
2017.07.25 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla