Yuxarı

S-400 böhranı: Qərb niyə Türkiyəni sıxışdırır?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb dövlətləri və ABŞ öz mövqelərini Türkiyəyə zorla tətbiq edə bilməz.

Bu sözləri Axar.az-a Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemləri almasının onun Qərb və ABŞ-la münasibətlərinə necə təsir edəcəyini şərh edən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Türkiyənin S-400 zenit raket kompleksini Rusiyadan almasının Qərb dövlətləri və ABŞ tərəfindən yaxşı qarşılanmaması təbiidir:

“Çünki hazırda dünya silah bazarında çox gərgin rəqabət gedir. ABŞ hələ ki, yekdil lider hesab olunsa da, son vaxtlar silah bazarında qüvvələr nisbətinin dəyişməsini müşahidə edirik. Çünki ABŞ-ın mövqeləri artıq zəifləyir. Artıq Çin Xalq Respublikası, Rusiya, Fransa da həmin bazarda öz mövqelərini getdikcə bərkidirlər. Məsələn, sahəsinə görə Mərkəzi Amerikanın ən böyük ölkəsi olan Nikaraqua da artıq Rusiyadan silahlar alıb. Nəzərə alsaq ki, bu ölkə coğrafi baxımdan ABŞ-a daha yaxındır”.

Ekspert bildirib ki, S-400 zenit raket kompleksinin Türkiyə tərəfindən alınması Qərbin Türkiyəyə münasibətini dəyişəcək:

“Ona görə ki, NATO-nun bir üzvü kimi Türkiyə onun standartlarını tətbiq edir. Onun bəzi öhdəlikləri var ki, məhz onlardan biri də Şimali Atlantika Alyansını təşkil edən ölkələrdən silah-sursat almasıdır. Türkiyə bu məsələdə artıq alternativləri ortaya qoyursa, bu özünəməxsus bir çağırışdır. İndi Türkiyənin öz siyasətini bir çox yönlərdə inkişaf etdirmək istədiyini müşahidə edirik. Yalnız NATO-ya bağlılığı Türkiyə özü üçün qeyri-məqbul sayır”.

T.Abbasov Türkiyənin Rusiyadan S-400 komplekslərini almasının onun suveren hüququ olduğunu bildirib:

“Türkiyə müstəqil dövlətdir. Bölgədə getdikcə daha vacib rol oynamağa başlayır. Onun da öz maraqları var. ABŞ-ın öz müttəfiqləri ilə Suriya hadisələrində Türkiyənin mövqelərini nəzərə almaması, Türkiyənin də bu məsələdə öz mövqelərini qorumasını, alternativləri düşünüb həyata keçirməsini şərtləndirir. Bu baxımdan bu məsələnin çox həssas olduğunu düşünürəm. NATO dairələrində artıq Türkiyənin alyansdan çıxarılması ilə bağlı fikirlər bir neçə dəfə səslənib. Digər tərəfdən də Türkiyənin Avropa Birliyinə 50 ildən çoxdur ki, üzv ola bilməməsi, davam edən danışıqların heç bir nəticə verməməsi də Prezident Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olur. Ərdoğan öz çıxışlarında AB-nin mövqeyinin dəyişmədiyini açıq-aydın bildirir. Bu ondan xəbər verir ki, Qərblə Türkiyə münasibətində çatlar əmələ gəlir və bu çatlar getdikcə dərinləşir. Hər iki tərəfin diplomatiyasının yaranmış böhranabənzər vəziyyətdə hansı addımlar atacağı sual altındandır. Türkiyə əslində Qərb dövlətlərinə göstərmək istəyir ki, o zəif, aciz dövlət deyil”.

Tarix
2017.07.26 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla