Yuxarı

Məmmədyarov sudanlı həmkarını təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanla Sudan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sudanlı həmkarı İbrahim Qandura təbrik məktubu ünvanlayıb.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, E. Məmmədyarov məktubda ötən 25 ildə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Nazir həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyin ifadə edib. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın göstərdiyi dəstəyə görə minnətdarlığın bildirib.

E. Məmmədyarov iki ölkə arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səylərlə ikitərəfli əməkdaşlığın Azərbaycan və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naminə daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyin ifadə edib.

Tarix
2017.08.01 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla