Yuxarı

ABŞ-ın Rusiya üçün nüvə planı - Silahlanma yarışı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi” haqqında Rusiya ilə imzalanan müqaviləni ləğv edərsə, bu, Moskva üçün xoşagəlməz situasiyalara gətirib çıxara bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Konqresin sözügedən addımını məntiqli hesab edib:

“Çünki müqaviləyə əməl etməyən Rusiya ordunun modernləşdirilməsinə birinci nüvə cəbhəxanasından başlayıb və ilk olaraq qitələrarası ballistik raketlərin istehsalına və onların SSRİ-dən qalmış ehtiyatlarının yenilənməsinə start verib. Bunun ardınca isə yaxın və orta mənzilli nüvə raketlərinin istehsalının artırılması ilə bağlı göstəriş verib. Hətta bu nüvə raketlərinin xüsusi tiplərinin - İskəndər-M və “Kalibr” tipli operativ-taktiki raketlərin istehsalına da başlayıb. Rusiya həmin raket sistemlərini Ermənistanda və qərb sərhədləri boyunca yerləşdirib. ABŞ-ın fikrincə, Rusiyanı bu sahədə ABŞ-ı üstələməsi Ağ Ev və onun mütəffiqlərinin təhlükəsizliyinə ciddi təhdiddir. Buna görə də Konqres sözügedən raket sistemlərinin istehsalını bərpa etmək və artırmaq haqqında yeni qanun layihəsi hazırlayır və hərbi xərclər üçün 65 milyon dollardan çox əlavə vəsait ayırmağı planlaşdırır. Qanun layihəsinin tənqidçiləri hətta ABŞ-ın borclanmaya belə gedəcəyini istisna etmir. Məqsəd Rusiyanı sürətli silahlanmaya cəlb etməkdir. Bu isə Rusiya üçün xoşagəlməz situasiyalara gətirib çıxara bilər. Çünki Moskva bu tipli silahların istehsalı üçün əlavə vəsaitlər tapmaq məcburiyyətində qalacaq. Bunun üçün də ilk növbədə ölkədə sosial xərcləri azaltmaq lazım gələcək ki, nəticədə Rusiya yeni böhranla üz-üzə qala bilər”.

Politoloqun fikrincə, Konqresin “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi” haqqında müqaviləni ləğv etməsi sürətli silahlanmanın yeni bir mərhələyə qədəm qoymasına gətirib çıxaracaq:

“Amerika dünya sənaye istehsalının təxminən 23, Rusiya isə cəmi 0,1 faizini verir. Fərq böyükdür və ABŞ-ın qalib gələcəyi şübhəsizdir. Ancaq Putinin çıxışlarından belə görünür ki, Rusiya hərbi istehsal sahəsində Amerikadan geri qalmamaqda qərarlıdır. ABŞ-la yeni silahlanma yarışına gedəcəyi təqdirdə Rusiya ciddi iqtisadi böhrana düçar olacaq. Bu isə Rusiyada sosial etirazlara, hətta rəngli inqilablara belə gətirib çıxara bilər”.

Qeyd edək ki, Rusiyaya tətbiq etdiyi yeni sanksiyalardan sonra ABŞ indi də bu ölkəylə imzalanan “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi” haqqında müqavilənin ləğvi üzərində düşünür.

Belə ki, Nümayəndələr Palatası və Senatda hazırlanan müdafiə xərcləri ilə bağlı qanun layihələrində hərbçilərdən orta mənzilli raketlərin işlənib hazırlanması tələb olunur.

Nümayəndələr palatası belə bir təşəbbüsün irəli sürülməsində Rusiyanın sözügedən paktın maddələrini pozmasını səbəb kimi göstərir.

Tarix
2017.08.10 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla