Yuxarı

Rusiya-İran müttəfiqliyinin Bakıya – Təsiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konrqesinin qəbul etdiyi qanunda “şər üçbucağına” Rusiya və Şimali Koreya ilə yanaşı, İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Rusiya-İran ittifaqının heç zaman Azərbaycanın xeyrinə olmadığını qeyd edib:

“Əslində, İrandakı siyasi və dini dairələrin heç vaxt Rusiyaya inamları olmayıb, ancaq Rusiya hakimiyyətinin anti-Qərb siyasəti və son illər Suriya rejiminə verdiyi dəstək Tehranı istər-istəməz yenidən Moskva ilə əlaqələri genişləndirməyə, tərəfdaşlığı artırmağa sövq edib. ABŞ-ın yeni sanksiyaları isə bu ikiliyi yenidən zorən müttəfiqlərə çevirəcək. Bu isə o deməkdir ki, Rusiya və İran Cənubi Qafqaz və Qarabağ münaqişəsinin həllinə baxışda da eyni prizmadan yanaşacaqlar.

İkincisi, Konqresin və ABŞ Prezidenti Donald Trampın anti-İran siyasəti eyni ilə İranda anti-Amerika əhval-ruhiyyəsini gücləndirəcək və İrandakı dairələr ətraflarındakı amerikalı dostlarına və tərəfdaşlarına şübhəylə yanaşmağa başlayacaq. Azərbaycanın isə Amerika ilə tərəfdaşlıqdan imtina etmək fikri yoxdur”.

Tarix
2017.08.10 / 16:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla