Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2018


ABŞ Rusiya ilə bağladığı nüvə sazişindən çıxarsa...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında Rusiya ilə imzalanan müqavilədən çıxmaq istəyini Moskvaya davamlı təzyiq göstərmək üçün gündəmə gətirib.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Politoloqun qənaətinə görə, əgər ABŞ sözügedən razılaşmadan kənara çıxarsa, bu, ölkənin böyük ərazilərini təhlükə altında qoyar:

“Çünki Rusiya iqtisadi cəhətdən ABŞ-dan xeyri geri qalsa da, strateji silah növlərində Qərbi üstələyir və sözügedən raketlərin sayına görə dünyada ilk sıralardadır. Ona görə də razılaşmanın qüvvədə qalması ABŞ üçün xeyirlidir. Hesab edirəm ki, bu məsələ daha çox Rusiyaya psixoloji təzyiq xarakteri daşıyır. Əgər ABŞ bu razılaşmaya etinasız yanaşsa, onda Rusiyanın silah-sursat və hərbi qarşıdurma müstəvisində üstünlüyü birmənalı şəkildə öz təsdiqini tapacaq. ABŞ o raketlərlə Koreya yarımadasından tutmuş Fars körfəzinə qədər, hətta Avropanın şərqinə kimi özünü sığortalaya bilər. Çünki ABŞ-ın ərazisi və aparıcı bölgələri Rusiya potensialı qarşısında bir növ zəif müdafiə olunur. Digər tərəfdən ABŞ-ın müttəfiq saydığı dövlətlərin hüdudlarının qorunmasında da boşluqlar var. Bu baxımdan ABŞ-ın düşünən beyinləri gözəl anlayırlar ki, həmin sazişi ləğv etmək Vaşinqton üçün qətiyyən əlverişli deyil. ABŞ sözügedən məsələ ilə bağlı Kremlə təzyiqlərini artırsa da, həmin müqaviləni ləğv etməyəcək. Buna ancaq öz gələcəyini və vəziyyətini qiymətləndirməyən tərəf yaşıl işıq yandıra bilər”.

Qeyd edək ki, Rusiyaya tətbiq etdiyi yeni sanksiyalardan sonra ABŞ indi də bu ölkəylə imzalanan “Orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvi” haqqında müqavilənin ləğvi üzərində düşünür.

Belə ki, Nümayəndələr Palatası və Senatda hazırlanan müdafiə xərcləri ilə bağlı qanun layihələrində hərbçilərdən orta mənzilli raketlərin işlənib hazırlanması tələb olunur.

Nümayəndələr Palatası belə bir təşəbbüsün irəli sürülməsində Rusiyanın sözügedən paktın maddələrini pozmasını səbəb kimi göstərir.

Tarix
2017.08.12 / 09:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Ruhaniyə başsağlığı verdi

Qəzaya uğrayan təyyarədə azərbaycanlı olub? - XİN

Məmmədyarov Alfano ilə görüşdü

İlham Əliyev Liviya rəhbərini təbrik etdi

Düşmən dəyirmanına su, Bakıya daş atan Qəmbər

Azərbaycan bizə dəvət göndərdi – Aİ açıqladı

Səfirimiz Kaladze ilə görüşdü

Afrin əməliyyatı: Türkiyə qardaş Azərbaycanı belə qorudu

Prezidentdən yeni təyinat - Sərəncam

Aİ ilə saziş yeni format yaradacaq – İlham Əliyev

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla