Yuxarı

Ermənilər Medvedyevdən nə alacaq? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın belə bir vəziyyətdə Qərbə inteqrasiya imkanı yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Baş naziri Dmitri Medvedyevin Ermənistana ehtimal edilən səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, sözügedən səfər protokol xarakteri daşıyır:

“Bu ilin yanvarında Ermənistanın Baş naziri Karen Karapetyan Moskvaya səfər etmişdi. Bu baxımdan Medvedyevin Ermənistana səfərini daha çox qarşılıqlı səfər kimi də qiymətləndirmək olar. Digər tərəfdən, Ermənistanın Qərbə meylliliyi ilə bağlı çoxlu söz-söhbətlər yayılır. Ancaq Rusiya siyasi elitası çox gözəl başa düşür ki, Ermənistan Qərbə doğru gedə və bu yolda kifayət qədər əsaslı addımlar ata bilməz. Çünki Ermənistan bütün tellərlə Rusiyaya bağlıdır. Ermənistanın iş qabiliyyətli əhalisinin yarısı Rusiya bazarlarında çalışır. Üstəlik, Ermənistan KTMT və Avrasiya İttifaqının üzvüdür. Belə bir vəziyyətdə Ermənistanın Qərbə inteqrasiya imkanı yoxdur. Yayılanlar erməni siyasətçilərin spekulyasiyalarıdır. İrəvan çalışır ki, Moskvanın diqqətini özünə cəlb edə bilsin. Təbii ki, bu da səbəbsiz deyil. Görünür, Ermənistan Rusiyadan yeni imtiyazlar və yardım qoparmaq istəyir. Ancaq Kremldə İrəvanın oyun oynadığını çox gözəl anlayırlar. Məhz buna görə də Moskva heç bir reaksiya vermir”.

Rusiya baş nazirinin İrəvana səfərinin Qarabağ ətrafındakı situasiyaya təsirinə gəlincə, politoloqun sözlərinə görə, Medvedyevin Ermənistana səfəri bu dəfə də regiondakı vəziyyəti dəyişməyəcək:

“Çox güman ki, səfər əsnasında iqtisadi xarakterli hansısa sənəd imzalanacaq. Bu səfər Ermənistanın xarici siyasətinə də təsir göstərməyəcək. Çünki Ermənistan öz xarici siyasətində indiyə qədər Qərbə doğru heç bir real addım atmayıb və bundan sonra da atacağı inandırıcı deyil”.

Tarix
2017.08.18 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla