Yuxarı

“Kürdlər Azərbaycan ərazilərinə iddialarını gizlətmirlər”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdüstanın tanınması məsələsində Azərbaycan özünün müttəfiqi olan Türkiyənin siyasətinə uyğun hərəkət edəcək.

Axar.az xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Virtualaz.org-a müsahibəsində deyib.

Lakin alim istisna etmir ki, Kürdüstan müstəqil olmaya da bilər, çünki qonşu ölkələr onun suverenliyinə qəti etiraz edirlər.

“İstənilən halda, Azərbaycan bu məsələdə Türkiyə ilə eyni mövqedən çıxış etməlidir. Yeri gəlmişkən, Azərbaycan həmişə dövlətlərin parçalanmasına qarşı çıxıb. Bakı separatçı qurumları tanımır və bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir”, - akademik qeyd edib.

O xatırladıb ki, kürdlər heç vaxt Azərbaycan ərazilərinə iddialarını gizlətməyiblər və bunu nə vaxtlarsa dövlətimizin ərazisində Qırmızı Kürdüstan adlı qurumun mövcud olması ilə əsaslandırırlar. Lakin onun yaranması və mövcud olması tarixinin kürd xalqına heç bir aidiyyatı yoxdur. Bəli, ötən əsrin 20-ci illərində orada bir neçə min kürd yaşayıb və bolşeviklər onlar üçün kürd dilində tədris aparılan məktəblər açmağa qərar veriblər.

Lakin əhalinin yalnız 17 faizi bu dili özünün ana dili hesab edib, digərləri isə Azərbaycan dilində təhsil verən məktəblərdə oxumağa davam ediblər.

“Səhv bir fikir var ki, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının əhalisini kürdlər təşkil edir. Bu belə deyil, orada türklər yaşayır və heç kim kürd dilini bilmir. Sadəcə olaraq, bir vaxtlar ermənilər hamıya, o cümlədən bizə təlqin edə biliblər ki, tarixən oralarda kürdlər yaşayıb”, - G.Baxşəliyeva sözlərinə davam edib.

Alim onu da qeyd edib ki, Yaxın Şərqdə yaşanan xaos ilk növbədə ABŞ-a lazımdır ki, regionu asanlıqla idarə edə bilsin.

“Buna görə də, istisna etmirəm ki, məhz Ştatlar Kürdüstanın müstəqilliyini və İraqın parçalanmasını dəstəkləyəcəklər. Bu prosesdən əziyyət çəkən isə yenidən Qərb imperializminin maraqlarının qurbanına çevriləcək İraq ərəbləri olacaq”, - G.Baxşəliyeva hesab edir.

Tarix
2017.08.20 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla