Yuxarı

Sərkisyanın NATO və AB manevrlərinin – Səbəbi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan öz səlahiyyətlərini asanlıqla Karapetyana təhvil verməyəcək.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi Moskvada müəyyən dairələr tərəfindən Ermənistanda baş nazir postuna Karen Karapetyanın namizədliyinin irəli sürülməsinin mümkünlüyünü istisna etməyib:

“Gələn ildən konstitusiya dəyişikliyinə əsasən Ermənistanda əsas səlahiyyət sahibi prezident yox, baş nazir olacaq. Ancaq Serj Sərkisyan öz səlahiyyətlərini asanlıqla Karapetyana təhvil verməyəcək. Çünki hakim partiya parlamentdə çoxluğa malikdir. Partiya içərisində hər hansı dəyişiklik olarsa və daha çox Karapetyana üstünlük verilərsə, onda bəli, yerdəyişmə mümkündür. Əgər gələn il baş nazirin səlahiyyətləri artarsa, bu post uğrunda çox ciddi mübarizə başlayacaq”.

Politoloq hesab edir ki, hər şey Moskvanın qərarından asılı olacaq:

“Sərkisyan Moskvadan uzaqlaşacağı təqdirdə onu hansı taleyin gözlədiyni bilir. Ona görə də Sərkisyanın Moskvanın əleyhinə hansısa addım atacağına inanmıram. Ermənistanın NATO-nun hərbi təlimlərində iştirakına gəlincə, bu, ikinci və üçüncü dərəcəli təlimlərdir. Ermənistanın birmənalı olaraq Qərbə yaxınlaşdığını söyləmək olmaz. Ermənistan siyasəti, ordusu və iqtisadiyyatı tamamən Rusiyadan asılıdır və bu üzdən də İrəvan yönünü Qərbə doğru dəyişə bilməz. Əgər Sərkisyan öz loyallığını artırarsa, Moskva onun üzərində dayanacaq, əks təqdirdə, Rusiya öz sözünü deyəcək”.

E.Şahinoğlu bir neçə gün öncə Putinlə görüşən Sərkisyanın Moskvadan yeni təlimatlar aldığını qeyd edib:

“Sərkisyan indi də Moskvanın istəyi ilə Suriyaya bir qrup erməni əsgər göndərəcək. İndiyə qədər görünməyib ki, Sərkisyan Rusiyanın hansısa istəyini yerinə yetirməsin. Bir sözlə, Sərkisyan birbaşa Rusiyadan asılı olaraq da qalacaq”.

Qeyd edək ki, erməni əsgərlərinin sentyabrda Gürcüstanda keçiriləcək NATO təlimlərinə növbəti dəfə qatılması və Ermənistan Prezidenti Serj Sərkisyanın AB Şərq Tərəfdaşlığı çərçivəsində müqavilə imzalayacağını bildirməsi siyasi manevr kimi dəyərləndirilir. İddiaya görə, Kreml Baş nazir Karapetyana stavka etdiyi üçün S.Sərkisyan bu manevrlərlə Moskva ilə hakimiyyətini qorumaq üçün razılaşma əldə etməyə çalışır.

Tarix
2017.08.30 / 17:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla