Yuxarı

Məmmədyarov vyetnamlı nazirlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vyetnama səfəri çərçivəsində bu ölkənin sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyanın həmsədri Tran Tuan Anh ilə görüşüb.

Azərbaycna XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında əlaqələrin dərin köklərə söykəndiyi vurğulanaraq, bu xüsusda Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və ulu öndər Heydər Əliyevin 1983-cü ildə SSRİ-nin Nazirlər Şurasının sədrinin birinci müavini qismində Vyetnama səfərinin xalqlarımız arasında sıx dostluq münasibətlərinin təməlini qoyduğu diqqətə çatdırıldı.

Habelə, hazırda ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilərək, 18-19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin, 13-15 may 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının keçmiş Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verdiyi diqqətə çatdırıldı.

Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, ölkəmizdə nəqliyyat sektorunun inkişafı və bu əsnada Bakı portunun imkanlarının artırılması barədə həmsöhbətinə məlumat verdi və Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar təmin edə biləcəyini diqqətə çatdırdı.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən nazir Tran Tuan Anh, bu xüsusda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan tərəfinin bu cəlbedici təklifinin mütləq şəkildə nəzərdən keçiriləcəyini dedi.

Görüş zamanı Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, enerji, təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə edildi. Bu istiqamətdə Birgə Komissiya çərçivəsində müvafiq işlərin aparılacağı vurğulandı.

Qeyd edək ki, səfərdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev də iştirak edir.

Tarix
2017.09.13 / 10:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla