Yuxarı

İlham Əliyev BVF direktorunu qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycana səfəri çərçivəsində İçərişəhərdə olduqlarını, bu tarixi irsin yüksək səviyyədə qorunub saxlanılmasının və İçərişəhərin gözəlliyinin onlarda dərin təəssürat yaratdığını deyib.

İçərişəhərin YUNESKO-nun ümumdünya irs siyahısına daxil edildiyini deyən Prezident İlham Əliyev bu irsin qorunmasına dövlətin xüsusi diqqət göstərdiyini vurğulayıb.

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirən dövlət başçısı ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu deyib. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatların önəmindən danışan Prezident İlham Əliyev biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılması və daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi, savadlı və bacarıqlı kadr potensialının artırılması istiqamətində görülən işlərdən və ölkənin bank sektorunda aparılan islahatlardan danışıb. 2017-ci ili maliyyə sabitliyi ili kimi qiymətləndirən Prezident İlham Əliyev qarşıdakı 2018-ci ildə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

BVF-nin Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların Beynəlxalq Valyuta Fondu tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatında yaranan fəsadların Azərbaycan iqtisadiyyatına təsirinin aradan qaldırılması, makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində hökumətin atdığı addımların əhəmiyyətini xüsusi vurğuladı. Manatın möhkəmləndirilməsi və büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edən Cihad Azur iqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinin və ölkə iqtisadiyyatının postneft dövrünə hazırlanmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.09.13 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla