Yuxarı

Azərbaycanlıya BMT-də yüksək vəzifə verildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam.

Milli.az xəbər verir ki, bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, bundan sonra o, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcək: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".

Qeyd edək ki, fəaliyyətində yüksək peşəkarlığı ilə seçilən R.Hüseynov 2015-ci ilədək ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri olub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi öz fəaliyyətini 2015-ci ildə dayandırdıqdan sonra o, 2 ilə yaxındır ki, Avstriyanın paytaxtı Vyanadakı ATƏT-in Baş ofisində mətbuat xidmətində çalışırdı.

Tarix
2017.09.16 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla