Yuxarı

“Ankara və Bakıya qarşı kampaniyanı FSB başladıb”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-ın kürdlərə və İŞİD-ə silah tədarükü ilə bağlı informasiya kampaniyasının başladılmasına yaşıl işıq yandırıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Ukraynanın “Xvilya” portal çıxış edib.

“FSB-nin informasiya kampaniyası çox geniş oldu. Kampaniya eyni anda bir neçə ölkəyə qarşı yönləndirildi. Bunlar isə birbaşa və ya dolayısı yolla ABŞ-ın müttəfiqləri olan Almaniya, Türkiyə, Azərbaycan və Ukraynadır”, –məqalədə bildirilib.

Sayt Azərbaycana qarşı kampaniyanın Bolqarıstan vasitəsilə aparıldığını vurğulayıb. Azərbaycan haqqında dərc olunan materialların mənbələrinə nəzər yetirən “Xvilya” bunun FSB-dən gəldiyini açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bolqarıstanın “Trud” qəzetində Azərbaycanın “Silkvey” aviaşirkətini ittiham edilən yazı dərc edilmişdi. Məqalədə guya aviaşirkətin Suriyadakı terrorçulara silah daşıdığı iddia olunmuşdu. Məqalədən dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi bu iddianı tam təkzib etmişdi.

Qəzet özü də qısa müddətdən sonra məqalənin yanlış olduğunu bildirmiş, təkzib vermiş və yazının müəllifini işdən azad etmişdi.

Tarix
2017.09.18 / 13:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla