Yuxarı

Azərbaycanda bu yüksək vəzifələr boşdur

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bəzi yüksək vəzifələr yeni təyinat gözləyir.

Axar.az xəbər verir ki, bu postlardan biri iyunun 8-də İstanbulda müalicə aldığı klinikada dünyasını dəyişən Energetika naziri Natiq Əliyevin vəzifəsidir. Mərhum nazirin yerinə hələlik heç bir təyinat olmayıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də müavin icra edir. Bu vəzifəni tutan İbrahim Mehdiyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin söküntüsü ilə əlaqədar işdən azad edilmişdi.

Şəxsi avtomobili ilə xuliqanlıq edərək avtobus sürücüsünü izləyib, daha sonra onu döyən Rüstəm Orucovun da əməlləri atasının postunu boş qoyub. Belə ki, oğlunun əməllərinə görə vəzifəsindən kənarlaşdırılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovdan sonra o vəzifə boş qalıb. N.Orucov ölkə başçısı İ.Əliyevin 11 iyulda imzaladığı sərəncamla vəzifəsindən azad edilmişdi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vaxtilə Elnur Aslanovun icra etdiyi vəzifə də hələlik boşdur. Onun nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən gedəndən sonra yerinə təyinat olmayıb.

Tarix
2017.09.18 / 15:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla