Yuxarı

Nalbəndyanın açıqlamasından sensasiya yaratmayın – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması haqqında yeni heç nə deməyib. Baxıram, bəziləri bu xəbərdən sensasiya düzəldir. Yenə cəmiyyətimizi yalandan ümidləndirməyək. Onsuz da ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün Feysbuk səhifəsində yazıb.

“Nalbəndyan “Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması” ifadəsini işlədib. Bu o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünmür. Digər tərəfdən, İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdılar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində "müstəqilliklərini" legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir? 5 rayonun boşaldılması əvəzinə Dağlıq Qarabağı tamamını itirə bilərik”, - politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, Nalbəndyan erməni cəmiyyətinə münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı hansısa rayonları boşaldacaqlarını eşitdirib:

“Əslində açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan Prezidenti Serj Sərkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib”.

Tarix
2017.09.19 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla