Yuxarı

Əliyev Sərkisyanın çıxışını alt-üst etdi və mesaj verdi – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq. İlham Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi. Çünki beynəlxalq aləm elə bilməsin ki, biz əbədiyyətə qədər işğalla barışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin BMT-nin Baş Assemblyasında çıxışını şərh edərkən deyib. Onun sözlətinə görə, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir:

“BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 4 qətnaməsi var. Bu qətnamələr kağız üzərində qalsa da, BMT Azərbaycan üçün əsas tribunalardan biri olaraq qalır. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin BMT sessiyasında iştirakı vacib idi. Birincisi, İlham Əliyevdən əvvəl Ermənistan Prezidenti Serj Sərkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sərkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırki prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sərkisyan və erməni cəmiyyəti də bilir. İlham Əliyev çıxışında güc yolundan istifadə etmək hüququmuz olduğunu və bunun elə BMT sənədlərində əks olunduğunu da xatırlatdı. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə, ona qarşı istənilən tədbir həyata keçirilə bilər. Başqa sözlə beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”.

Politoloq qeyd edib ki, İlham Əliyev BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən də danışıb:

“Bunun da xatırladılması yerində idi. Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bircə böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regioanl layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər”.

Politoloq İlham Əliyevin 2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunduğunu da xatırlatdığını vurğulayıb:

“Hakimiyyətinin əsas uğurlarından biri məhz Azərbaycandakı dini dözümlülüyün dərin tarixi köklərə malik olduğunu beynəlxalq aləmə aşılaya bilməsidir. Dünyada artıq çoxları bilir ki, Azərbaycanda bütün dinlər rahat şəkildə varlığını sürdürür, məscidlər kilsə və sinaqoqalarla qonşudur”.

Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.

Tarix
2017.09.21 / 11:27
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla