Yuxarı

Türk ordusu azərbaycanlıların torpağına girəcək - Ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanıram ki, Azərbaycan türklərinin yaşadığı ərazilər də türklərə qaytarılacaq və bununla da Kərkük bölgəsi yaradılacaq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün keçiriləcək Türkiyə Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasında kürd referendumunun müzakirəsiylə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Türkiyənin İraqın bəzi torpaqları üzərində kifayət qədər haqqı var:

“Əvvəla, Türkiyənin hüquqları beynəlxalq müqavilələrlə təmin edilir. 1926-cı ildə Türkiyə ilə Böyük Britaniya arasında razılaşdırılmış müqaviləyə əsasən, İraqın mövcud sərhədlərini pozan hər hansı bir addım atılarsa, bu zaman Türkiyənin Kərkük, Türkman dağı, Mosul şəhəri də daxil olmaqla, İraqın şimalındakı böyük bir ərazini öz tərkibinə qatmağa haqqının olduğu vurğulanıb. 1926-cı il müqaviləsilə Tükiyəyə haqq verir ki, Yaxın Şərqin sərhədlərinin yenidən biçilməsinə başlanarsa, o da Mosul və Kərkük üzərində öz hüquqlarını yenidən bərpa etsin. Tarixən də Osmanlı imperiyası dövründə bu ərazilər və bütün ərəb dünyası türklərin torpaqlarına daxil idi”.

Politoloq bildirib ki, Türkiyə Kərkükü ələ keçirmək niyyətində deyil:

“Kürdlər sentyabrın 25-də referendum keçirərək müstəqilliklərini elan etmək istəyirlər. Türkiyə bunun əleyhinə olacaq bir bəyanat verib ki, belə bir hal baş verərsə, həm tarixi öhdəliklər, həm də təhlükəsizlik nöqteyi-nəzərindən bir sıra ciddi addımlar atacaq. Bu addımlardan ilki artıq atılıb: İraqla Habur sərhəd qapısı ətrafında tank, zirehli texnika, quru qoşunlarından ibarət çox sayda əsgər toplanıb. Bu əsgərlər anında hücum edərək İraqın şimalında Kərkük və Mosula qədər irəliləyə bilərlər”.

Politoloq Türkiyə qoşunlarının referendumun keçirilməsinin qarşısını alacağına inandığını deyib:

“Onu da qeyd edim ki, İran da bu məsələdə Türkiyə ilə tamamilə həmrəydir. Artıq İraq parlamenti də bu referendumun heç bir hüquqi əsas olmadan keçirildiyi haqda bəyanat yayıb. Bununla birlikdə İraq qoşunları İranın Haşdi-Şabi deyilən hərbi qruplaşması ilə birlikdə Kərkükə daxil olublar. Bərzaninin paytaxt seçdiyi Ərbilin yaxınlığında dayanıblar. Belə görünür ki, bu gün keçiriləcək Təhlükəsizlik Şurası türk qoşunlarının İraq ərazisinə daxil olmasına icazə verəcək. Bu icazə nəticəsində ölkənin mərkəzi hissəsindən İraq və İran qoşunları, Şimaldan isə Türkiyə qoşunları irəliləyərək özünü yalançı bir muxtariyyət elan etmiş, əslində isə müstəqil dövlət qurumlarının atributlarına malik olan Bərzani rejimini devirəcəklər. Bərzaninin indiyədək işğal etdiyi Kərkük türklərinin, əslində isə azərbaycanlıların yaşadıqları torpaqları, İraq neftinin çıxarıldığı əraziləri tamamilə Bərzaninin əlindən alacaqlar. Bu prosesdə Bərzaninin də taleyi həll olunacaq. İraqda muxtariyyət rejimi tamamilə ləğv edilə bilər. Bu rejimin başında duran adamlar məğlub ola bilər. İnanıram ki, Türkiyə ordusu İraq ərazisinə daxil olacaq və bu referendumun keçirilməsinin qarşısını alacaq”.

Qeyd edək ki, bu gün Türkiyə Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclası keçiriləcək. Təhlükəsizlik Şurasında kürd referendumunun müzakirəsi gözlənilir. Şurada 1926-cı il Ankara razılaşmasının yenidən gündəmə gətirilməsi müzakirə olunacaq.

Tarix
2017.09.22 / 14:46
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla