Yuxarı

Bakı bu konqresmenləri qara siyahıya saldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanunlarının müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri David Valadao, Frank Pallone və Tulsi Qabbardın adları arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O deyib: “Bu qanunsuz səfərlə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri beynəlxalq hüququn norma və prinsiplərini, Helsinki Yekun Aktını pozaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə bir milyondan çox mülki Azərbaycan əhalisinin qanlı etnik təmizlənməsinə, aqressiv separatizmə bəraət qazandırır və dəstək vermiş olurlar. Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar”.

Hikmət Hacıyev bildirib ki, onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir.

Bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika erməni milli komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər. Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır.

“Həmçinin mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresinin Nümayəndələr Palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq”,- deyə H.Hacıyev vurğulayıb.

Tarix
2017.09.22 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla