Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2018


Deputatdan Qarabağla bağlı mühüm – Təklif

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal altında olan ərazilərlə bağlı qanun qəbul edilməlidir.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili müzakirələrdə gündəliyə işğal altında olan ərazilərlə bağlı qanun layihəsinin də salınmasını təklif edib:

“Xarici İşlər Nazirliyimiz tərəfindən arzuolunmaz şəxslər elan edilmiş, yəni Azərbaycan dövlətinin icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qeyri-qanuni səfərlər edən insanların siyahasına baxdım. Dəhşətlisi odur ki, 694 nəfərlik siyahıdakı insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır. İlk 5 yerdə Rusiya, Fransa, Amerika, Almaniya və İtaliya dövlətləri gəlir. Bu ölkələr münaqişəninn tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalıdırlar, amma vətəndaşları Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərlər edən ölkələr arasında liderlik edirlər. Bu ölkələrin buradakı səfirləri bizim buradakı çıxış və müzakirələrimiz barədə məlumatlı olurlar. Biz buradan bu ölkələrə səslənirik ki, vətəndaşlarınızın Azərbaycanın icazəsi olmadan onun işğal altında olar ərazilərinə qeyri-qanuni səfərlər etməsinin qarşısını ciddi şəkildə alsınlar. Digər dəhşətli bir məqam isə ondan ibarətdir ki, gedənlərin əksəriyyəti sıravi vətəndaşlar, turistlər deyil. Əksəriyyəti siyasətçilər, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, jurnalistlər, savadlı insanlardır. Yəni onlar hara getdiklərinin fərqində olan və ya fərqində olmalı olan insanlardır. Məsələn, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edənlər içərisində ilk yerdə Rusiya gəlir. 160 nəfərdən çox Rusiya vətəndaşı bu qanunsuz addımı atıb. Fransız millət vəkilləri, ABŞ ictimai insanları, keçmiş səfirlər var bu qanunsuz səfər edənlərin arasında. Yəni bu insanlar bilməlidirlər ki, Azərbaycanın torpaq bütünlüyünü, sərhəd toxunulmazlığını pozurlar, qeyri-qanuni addım atırlar. Amma onlar nəinki səfər edir, hətta bir çoxları Azərbaycan dövləti əleyhinə və ya onun maraqlarına, ərazi bütövlüyünə uyğun olmayan bəyanat, açıqlama, müsahibələr verirlər. Bu, çox dəhşətli və narahatverici bir məsələdir”.

ATƏT-in Minsk Qrupu ölkələrini sərt tənqid edən millət vəkili həmsədrlərə xüsusi çağırış səsləndirib:

“Biz bir neçə gün bundan əvvəl Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmiş bir neçə Türkiyə vətəndaşı ilə bağlı məsələni Türkiyəyə səfərimiz zamanı qardaş Türkiyə rəsmi şəxslərinə də çatdırdıq və qardaşlığımıza zərər vuran bu cür addımlara və adamlara qarşı ciddi tədbirlər görülməsini xahiş etdik. Arzuolunmaz şəxslər siyahısına baxdıqda görürük ki, son 5 ildə onların sayı artır. Bu bizi ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır.

Hesab edirəm ki Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı ayrıca qanun layihəsi qəbul etməliyik və orada bu cür addım atanlara qarşı sərt məsələlər öz əksini tapmalıdır. Belə bir qanunun qəbulu vacibdir və payız sessiyamızın gündəliyinə daxil edilməsini və sessiya dövründə müzakirə edilərək qəbul edilməsini təklif edirəm. Bu qanun işğal edilmiş ərazilərimizlə bağlı məsələləri geniş surətdə əhatə edə bilər və etməlidir”.

Tarix
2017.10.02 / 16:43
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Terrorizmlə mübarizə: ABŞ Bakının rolunu unutmadı...

Fuad Hüseynov Varşavada ermənini susdurdu – Foto

Binəli Yıldırım Azərbaycanda - Foto

Azərbaycanda bu cür hallar heç vaxt olmayıb - Qurbanlı

Novruz Məmmədov Səncari ilə görüşdü - Foto

Mehriban Əliyeva Hotemülleri qəbul etdi - Foto

İlham Əliyev maltalı həmkarını təbrik etdi

İlham Əliyev NATO baş katibinin müavini ilə görüşdü

İlham Əliyev bu ölkələrin parlament sədrləri ilə görüşdü

Njde 4 müharibədə bu praktikadan istifadə etmişdi - Kuznetsov

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla