Yuxarı

Putinin Soçi cəhdi: format köhnə, Rusiya isə təhdid...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümkün deyil. Çünki üzv dövlətlərin fərqli maraqları var. Bu təşkilatı hətta Rusiyanın iki yaxın müttəfiqi – Qazaxıstan və Belarus da tənqid edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu MDB dövlət başçılarının və xarici işlər nazirlərinin oktyabrın 11-də Rusiyanın Soçi şəhərində keçirilən görüşünü şərh edərkən deyib. O bildirib ki, Rusiya Pezidenti Vladimir Putinin görüşdə əsas fikri MDB-ni gücləndirməyin vacib olması ilə bağlı oldu:

“Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyini artırılması barədə müzakirə apardılar. Bundan başqa toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi. MDB ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, illərdir MDB-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini Rusiya təmsilçiləri həyata keçirir. Hazırda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdir. O, 2007-ci ildən bu vəzifədədir. Bundan əvvəl də sədrlər Rusiyanı təmsil edirdilər: Boris Berezovski, Yuri Yarov, Vladimir Ruşaylo... Görünür, Moskva MDB üzərindən nəzarəti əlində saxlamaq üçün başqa ölkənin təmsilçisinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasını istəmir. Halbuki Moskvanın müttəfiqi Astana belə sədrlikdə rotasiya prinspinin həyata keçirilməsinə tərəfdardır”.

Politoloq qeyd edib ki, Rusiyanın bütün bu cəhdlərinə baxmayaraq, MDB-ni gücləndirmək mümkün deyil:

“Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-dən çıxıb, Ukraynanın iştirakı isə simvolik mahiyyət daşıyır. Rusiya 2004-cü ildə Krımı işğal etdikdən sonra Ukrayna prezidenti və xarici işlər naziri MDB-nin toplantılaırnda iştirak etmirlər. Buna baxmayaraq, MDB-də fəaliyyətini gücləndirən ölkələr də var. Bu, Özbəkistan və Türkmənistandır. Bu iki dövlətdə hakimiyyətə yeni prezidentlər gəldikdən sonra Daşkəndin və Aşqabadın MDB-yə marağı artdı. Halbuki, keçmiş illərdə həm Özbəkistan, həm də Türkmənistan xarici siyasətdə “bloklara qoşulmamaq” siyasətindən çıxış edir və bir çox hallarda MDB toplantılarında da iştirak etmirdilər”.

Politoloq vurğulayıb ki, düşünülənin əksinə MDB-nin Soçi toplantısı da nəticə vermədi:

“Məsələn, Soçi görüşündə Qazaxıstan nümayəndə heyəti təşkilatın ciddi islahatlara ehtiyacı olduğunu bildirdi, bir-birini təkrarlayan strukturların çox olduğunu vurğuladı. Belarus Prezidenti Aleksandr Lukaşenko isə MDB Parlamentlərarası Assambleyanın işinin faydasız və lazımsız olduğunu bildirdi. O, fikrini belə əsaslandırdı ki, bu strukturun işi nəticə vermir, ona görə də Assambleyaya pul ayrılmasının doğru olmadığını dedi. Onun bu fikrinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də dəstək verdi. Azərbaycanla Ermənistanın MDB-də əməkdaşlıq edəcəyi də gözlənilmir. Hazırda Rusiyanın bölgədə həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti MDB ölkələrinin də gizli narahatlığına səbəb olur. Bu arada, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Rusiyaya qarşı ümumi strategiya hazırlanmalı olduğu ilə bağlı fikir söyləyib. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır”.

Politoloq Rusiyaya qonşu olan ölkələrin Gürcüstan prezidentinin təşəbbüsünə qoşulacaqlarını düşünmədiyini bildirib:

“Bir sıra ölkə Rusiyanın siyasətindən ehtiyatlansa da, onunla münasibətləri korlamaq istəmir. Ancaq Georgi Marqvelaşvilinin sözlərində həqiqət var. Rusiya keçmiş SSRİ-yə bənzəyir. Moskva onun siyasətini qəbul etməyən qonşularına qarşı təzyiq siyasəti həyata keçirir, separatçılara dəstək verir və lokal müharibələrdə iştirak edir. Yaxın illərdə Rusiyanın bu siyasəti dəyişməyəcək. MDB Rusiya üçün vacib formatlardan biridir. Elə digər dövlətlər də MDB formatından öz məqsədləri üçün istifadə edir, bir sıra mövzuları müzakirə etmək məqsədilə təşkilatın imkanlarından yararlanırlar”.

Qeyd edək ki, Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.

Tarix
2017.10.13 / 14:27
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla