Yuxarı

Baykalın Bakı əleyhinə səs verməsinə CHP-dən - Reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykalın Azərbaycana qarşı səs verməsi ilə bağlı məlumatlar təmsil etdiyi partiyada çaşqınlıq yaradıb.

Virtualaz.org CHP-nin ictimaiyyətlə əlaqələr bölməsinə istinadən bildirir ki, bu məsələ hazırda araşdırılır, Dəniz Baykalın və digər deputatların hansı səbəbdən Azərbaycana qarşı səs verməsi onlara məlum deyil.

“İnanırıq ki, burada texniki səhvə yol verilib. Biz bu məlumatların doğru olub-olmadığı araşdırırıq. Ola bilsin ki, yanlışlıq olub. Dəniz Baykal hazırda Türkiyədə deyil. Qayıdan kimi biz bu məsələni onunla müzakirə edəcəyik. CHP sədri Kamal Kılıçdaroğlu və Dəniz Baykal daim Azərbaycanı dəstəkləyib. Onun və digər deputatların belə addım atması bizdə şübhə doğurur. Biz böyük liderimiz Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri - bizim kədərimizdir, onun sevinci - bizim sevincimizdir" vəsiyyətinə əməl edirik”, - deyə CHP-dən keçmiş deputat Canan Arıtman vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub. Həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilib.

Tarix
2017.10.13 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla