Yuxarı

Krıma sanksiya, Qarabağa 200 mln yardım: hansı məntiqlə?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Cənubi Qafqaza dair istər ABŞ Konqresində, istərsə də bu ölkənin Dövlət Departamentində ayrı-ayrı şəxslərlə əlaqədar tənqidlər səslənir ki, bu prosesləri əvvəlki illərlə müqayisədə daha az diqqət mərkəzində saxlayırlar, həmçinin bunların müxtəlif siyasi institutları fəal bir şəkildə hansısa hesabatları hazırlayaraq hökumətə təqdim etmir və belə olan təqdirdə Cənubi Qafqaz bölgəsində rəsmi Vaşinqtonun yürüdə biləcəyi siyasət digər qonşu dövlətlərlə müqayisədə mütəhərrik olmur və bu qeyri-çeviklik şəraitində keçmişdə qurulmuş iqtisadi dayaqlar da zərbə alır. Nəticə etibarilə sanki Qafqazların və bir sıra postsovet ölkələrinin ABŞ üçün prioritet olmadığı vəziyyəti yaranır. Halbuki məhz o yerlərdən də Qərb əleyhinə siyasətlər baş qaldırır və bu, özlüyündə yaxşı nəticə sayıla bilməz.

Bunu Axar.az-a ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirəcəyi növbəti dinləmələr haqda danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, ABŞ-ın dövlət idarəçilik sistemində yer alan müxtəlif formatlar bu vasitə ilə hansısa problemləri əsas hədəfə çıxarmağa çalışırlar və bununla bağlı hökumətdən də çox böyük maliyyə yardımları almaqdadırlar:

“Onlardan biri də Helsinki Komissiyasıdır. Çox təəssüf ki, Azərbaycan bu qurum haqqında qətiyyən müsbət fikirdə deyil. Bu artıq onların ziyanınadır. Əgər sən konkret üzvlərinin və birbaşa dövlətin qərar vermək prosesinə təsir göstərmək və Amerikanın Qafqazda mövqelərinin irəliləməsini, tərəfdarlarının çoxalmasını, amerikapərəstliyin geniş bir hərəkata çevrilməsini istəyirsənsə, bu halda indiyə qədər obyektiv mövqelər özünü göstərməli idi. Təəssüf ki, yalnız seçkilər ərəfəsi müxtəlif antihakimiyyət qüvvələri həmin komissiyanın üzvləri ilə seleksiya formasında Vaşinqtona dəvət olunublar, onlara maliyyə vəsaitləri ödənilərək rəsmi Bakı əleyhinə çıxışlar stimullaşdırılıb. Bu da heç şübhəsiz ki, sonrakı dönəmdə daha artıq dərəcədə onların ziyanına işləyib. İndi də görünür, daxili siyasi məsələlərdən və insan haqları kontekstindən bir qədər kənara çıxaraq özlərinin fokusunun geniş olduğunu göstərmək naminə Qarabağ məsələsinə əl atılır. Helsinki Komissiyası Minsk Qrupu həmsədrləri üçün yaxşı bir yol xəritəsi hazırlamaq istəyirsə, bundan ötrü çox uzağa getməyə ehtiyac yoxdur. Nyu York və BMT-nin binası bir addımlıqdadır, əllərini uzatsalar, ora çatar. Bu gün həmsədrlər, onun sırasında ABŞ da çox mühüm sülh sazişini, yaxud da tənzimləmə modellərini axtarır. Bundan ötrü işlərini çətinləşdirməsinlər, 93-cü illərdə qəbul olunmuş dörd qətnamə yaxşı bir həll formulasıdır və orada hər şey çox aydın göstərilib. Ona görə də Helsinki Komissiyası müasir şəraiti tarixi kontekstdən kənarda analiz edə bilməz. Başqa bir tərəfdən, həmin qurumun əsas simalarından biri Kristofer Smit və onun çevrəsində qərarlaşmış şəxslər 90-cı illərin proseslərindən bir qədər məlumatlıdırlar və yaxşı bilirlər ki, SSRİ-nin çöküşü əslində həm də Qərbin maraqlarına uyğun olaraq etnik milli separatizmlərdən, ərazi işğallarına cəhddən başladı. SSRİ çərisində belə hərəkatlar xaricdən də himayə olunurdu. Əgər bu gün separtizmin Avropada və ya Yaxın Şərqdə nəyə səbəb olacağından danışırlarsa, bunu dünənki günü xatırlamadan edə bilməzlər. Yaxın 25 ilin hadisələri qeyd etdiyimiz beynəlxalq təhlükəsizlik arxitekturasını dağıdan konfliktlər kimi rol oynayıb”.

Millət vəkili qeyd edib ki, bu səbəbdən də Helsinki Komissiyasının bu məsələlərdə obyektivliyinə Azərbaycan cəmiyyətində, eləcə də bölgədə inam həddindən artıq aşağıdır:

“Bu tədbirlərə daha artıq dərəcədə onların maliyyə vəsaitləri ilə ayaqda duran, siyasiləşmiş qeyri-hökumət təşkilatları cəlb olunur. O qüvvələr, qurumlar ki, onların əsas siyasəti sanki hakimiyyət uğrunda mübarizədir. Qarabağ məsələsi ilə birbaşa iqtidar kürsüsünü ələ keçirməyin davası nə dərəcədə əlaqəlidir. Burada Krım hadisələri, yaxud Donbas çevrəsindəki Luqansk və Donetsk məsələsi ilə bağlı dəfələrlə Ukraynanın nümayəndələri olmadan müzakirələr açıblar. Çox yaxşı, heç kəs buna qarşı çıxmır. Bunlar dünyada prinsip davaları aparırlar və hesab edirlər ki, Amerikanın təhlükəsizliyi bu gün ayrı-ayrı dövlətlərin bütövlüyündən asılıdır. Elə isə Helsinki Komissiyası Azərbaycanın bütövlüyü məsələsini Ukraynadan niyə ayırır? Zamanında məruz qaldığımız bu dava və işğal gerçəkliyi lazımı əks-sədanı tapmadığı təqdirə sonradan ABŞ-ın ayrı müttəfiq saydığı ölkələr eyni problemi yaşamış olurlar. Təkcə bu fakt özü sübut etmirmi ki, real olaraq bu gün bütün münaqişlərin həlli üçün vahid bir düstur və yaxud yanaşma tətbiq etmək lazımdır. Ona görə də hesab edirəm ki, bəlkə də ABŞ tərəfindən elə bunu da müzakirə etsələr, çox faydalı olardı. Krımı bütün sanksiyaların hədəfinə çevirdikləri, hətta bu bölgə ilə əlaqələr quran fiziki şəxsləri məsuliyyətə cəlb etməklə bağlı qanunvericilik aktlarında dəyişikliklər etdikləri və bütün şirkətlərə, Avropada olan strukturlara belə, bu yasaq rejimini təyin etdikləri halda Qarabağa bu illər ərzində 200 milyon dollardan artıq yardımlar edilib. Helsinki Komissiyası bu suallara cavab axtarsın ki, Bako Saakyanın qanunsuz rəhbərlik etdiyi rejim nə qədər demokratikləşib, bu illər ərzində Qarabağ təhlüksizliyi nə qədər yaxınlaşıb, ona mülki cəmiyyət həyatı qurulubmu, nəticə etibarilə iqtisadiyyatı şaxələnibmi, Qarabağ yalnız özündənmi asılı vəziyyətə düşüb? Bütün bunları obyektiv təhlil etmək lazımdır. Hesab edirəm ki, ABŞ-ın Qarabağa yardımlarını dayandırması üçün Helsinki Komissiyayası kömək etmək istəyirsə, buyursun. Ancaq dünən Azərbaycan əleyhinə sərt müzakirələr aparıb, səhəri gün guya balans naminə milli məsələləri hədəfə götürmək qətiyyən balanslı mövqe sayıla bilməz. Belə tədbirlər münaqişənin həllinə təsir göstəmir, əksinə bir sıra hallarda ona mane olur. Çünki normal beynəlxalq fikrin formalaşmasına düzgün təsir etmir. Tezliklə erməni tərəfini orada kimlərin təmsil edəcəyini və Azərbaycan əleyhinə nə qədər bəyanatların səslənəcəyini görəcəksiniz. Belə olan təqdirdə əgər Qarabağ sülh konfransı keçirmək istəyirlərsə, buyursunlar, oraya Haaqa tribunalının təmsilçilərini də dəvət etsinlər. Azərbaycan bu illər ərzində bir sıra dövlətlərin yaşadıqlarını düz 25 il əvvəl yaşadığını ortaya qoyacaq”.

Tarix
2017.10.15 / 16:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla