Yuxarı

Qarabağ təhlükəsi: tərəflər getdikcə sülhdən uzaqlaşır - Kavano

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ konfliktinin tərəfləri sülh razılaşmasına əvvəlki dövrlərdən daha uzaqdırlar.

Axar.az xəbər verir ki, bunu Helsinki Komissiyasının təşkil etdiyi brifinqdə çıxışı zamanı ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano söyləyib. Onun sözlərinə görə, regiona gətirilən silah növləri bölgədə daha ağır situasiya yaradır. O, Cənubi Qafqazdakı vəziyyətin ciddi dəyişikliyə məruz qaldığını bildirib:

“Regionda iqtisadi inteqrasiya, dramatik siyasi dəyişikliklər var. Dağlıq Qarabağ dondurulmuş konflikt deyil. Bu, çox təhlükəli konfliktdir”.

Azərbaycanla Ermənistan arasında danışıqlar tarixindən bəhs edən keçmiş həmsədr zamanla tərəflərin daha çox kompromisə hazır olduğunu söyləyib. Həmsədrin fikrincə, artıq bu konflikt beynəlxalq əhəmiyyət kəsb edir və dünya ictimaiyyətinin daha çox diqqətini çəkir:

“1987-ci ildən bəri bütün Amerika prezidentləri Qarabağ konflikti haqqında məlumata sahibdirlər. Vacib olan məsələ tərəflərin ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşikin ofisinin genişləndirilməsi və insidentlərin tədqiq edilməsi mexanizminin yaradılmasıdır. Prezidentlər dəfələrlə siyasi qərar istədiklərini bəyan edirlər, amma onlar bu istiqamətdə hərəkət etmirlər”.

Tarix
2017.10.19 / 09:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla