Yuxarı

Prezidentin dünyaya verdiyi mühüm mesaj...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan və Türkiyənin qardaş ölkə olaraq eyni mövqedən çıxış etməsi əslində dünyaya çox mühüm mesajdır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili Bakı və Ankaranın güclənən mövqeyinindövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsiplərinə söykənməsindən irəli gəldiyini qeyd edib:

“Bu baxımdan da D-8 sammiti və orada islam dövlətləri ilə mühüm razılaşmaların əldə olunması Azərbaycan üçün üçün çox böyük əhəmiyyətə malikdir. Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsinin ədalətli şəkildə, sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu, qəti və prinsipial mövqeyini bir daha dünyaya çatdırdı. Hesab edirəm ki, aparıcı dövlətlər ədaləti üstün tutmalı və ölkəmizin haqlı mövqeyinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində hərəkətə keçməlidirlər. D-8 sammiti nəinki islam, eyni zamanda, dünya dövlətləri üçün də çox mühüm əhəmiyyət kəsb edir.Sammitdə ölkə başçısı tərəfindən Azərbaycanın islam dünyasına verdiyi töhfələr və münasibətlərin bundan sonrakı inkişaf istiqamətlərini açıqlandı. Prezident vurğuladı ki, Azəbaycan bütün imkanlarından istifadə edərək islam birliyinə öz töhfəsini bundan sonra da verməyə davam edəcək. Düşünürəm ki, digər islam dövlətləri də dünya birliyi üçün sülhməramlı addımlar atmalıdırlar. Zənnimcə, müsəlman ölkələrinin əsas hədəfini islam dünyasının birliyi və islamafobiyanın yayılmasının qarşısının alınması istiqamətində qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması təşkil etməlidir”.

Qeyd edək ki, İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Tarix
2017.10.22 / 09:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla