Yuxarı

Rusiya Qarabağa görə Bakıdan nə istəyir? – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan dövlət himninin oxunmasından sonra iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, Ali Məclisin iclasının gündəliyinə BAXCP-nin 2018-ci ilin mayında keçirilməsi nəzərdə tutulan qurultayına hazırlıq işlərinin müzakirəsi, partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin seçilməsi və BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxışı və cari məsələlər tövsiyə olunub.

Qurultaya hazırlıqla bağlı BAXCP-nin baş katibi Yaşar Kələntərlinin çıxışından sonra BAXCP İdarə Heyətinin partiyanın IV Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə təklif etdiyi namizələrin müzakirəsinə başlanılıb. Səsvermə nəticəsində BAXCP sədrinin, İdarə Heyəti, Mərkəzi Nəzarət Komissiyası və rayon (şəhər) təşkilatlarının sədrlərinin daxil olduğu 25 nəfərdən ibarət Təşkilat Komitəsi seçilib.

Daha sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib və BAXCP-nin yaranmasının 15 illiyi ilə bağlı bütün partiya üzvlərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyətə toxunan Qüdrət Həsənquliyev Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutan görüşünə münasibət bildirib:

“2016-cı il aprel döyüşlərindən sonra Ermənistan danışıqlara yaxın gəlmirdi və beynəlxalq təşkilatların təzyiqi ilə yenidən masa arxasında oturmağa məcbur oldu. Ermənistanı bu məsələdə güzəştə getməyə vadar etmək üçün ölkə daxilində xalqı Sərkisyan rejiminin üstünə qaldırmaq, ya da beynəlxalq güclərin işğalçı ölkəyə təzyiqlərini artırmaq lazımdır. Əks təqdirdə Azərbaycan özü bu məsələni həll etməlidir”.

Qüdrət Həsənquliyev bildirib ki, Qərb Azərbaycanın işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edə biləcəyi təhlükəsindən narahatdır:

“Rusiya və ATƏT-in Minsk Qrupunun digər həmsədrləri, Avropa İttifaqı Azərbaycana ciddi təzyiqlər göstərir ki, müharibə variantından əl çəksin. Beynəlxalq təşkilatlar bu yolla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaq və Qarabağı bizə unutdurmaq niyyətindədirlər. Bu gün Azərbaycanın müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməsi mümkündür”.

BAXCP sədri qeyd edib ki, Rusiya ilə açıq danışmaq lazımdır və bu ölkənin Qarabağ münaqişəsinin ədalətli həlli müqabilində bizdən nə istədiyi aydınlaşdırılmalıdır:

“Hesab edirəm ki, Azərbaycan Ermənistanı, onun müttəfiqlərini inandırmalıdır ki, müharibəyə hazırdır, bundan çəkinmir. Bu gün Cənubi Qafqazda müharibənin baş verəcəyini nə Rusiya, nə də Ermənistan istəyir. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə də getmirlər və inanmırlar ki, Azərbaycan müharibə variantına əl atacaq. Onları buna inandırmalıyıq”.

Qüdrət Həsənquliyev çıxışının sonunda bir daha vurğulayıb ki, Azərbaycanın güclü dövlətə çevrilməsinin, sahibkarlığın inkişafının, əhalinin sosial şəraitinin yaxşılaşdırmasının və hüquqlarının qorunmasının yolu islahatların aparılmasından keçir.

Tarix
2017.10.23 / 16:19
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla