Yuxarı

Bu institutun ləğvi bizim üçün çox tezdir – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanuna dəyişiklik edilməsinin cəmiyyət üçün müəyyən çətinlikləri ola bilər. Çünki Azərbaycanda vəkillərin sayı təəssüf ki, çox deyil. Adambaşına düşən vəkil sayına görə Azərbaycan dünyada heç də öncül yerləri tutmur.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin növbəti iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihənin müzakirə edilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Vəkillər Kollegiyasına vəkillərin daxil olmasında da müəyyən problemlər mövcuddur və ona görə də çox sayda vəkil Kollegiyaya üzv ola bilmir:

“Doğrudur, müəyyən ölkələrdə nümayəndəlik institutu yoxdur. Proses vəkillik üzərində qurulub. Ancaq belə ölkələrdə vəkillərin sayı kifayət qədər çoxdur. Bizim ölkədə də bunu o zaman etmək olar ki, vəkillərin sayı heç olmasa indiki nümayəndəliyin sayına bərabər olsun. Azərbaycanda Vəkillər Kollegiyasının üzvlərinin sayı təxminən 1000 nəfər təşkil edirsə, nümayəndələrin sayı bundan 10 dəfə artıqdır. 10.000 nümayəndənin ortadan qalxması yerlərdə vətəndaşların öz hüquqlarını qoruması baxımından çətinliklər yaradacaq”.

Millət vəkili qeyd edib ki, bunu da nəzərə almaq lazımdır ki, bir prosesdə iştirak edən 3-4 nəfərin hüququnu eyni zamanda qoruma imkanı bir vəkilə verilmir:

“Yəni konkret işlərdə mənafeləri əhəmiyyətli dərəcədə bir-birinə ziddiyyət təşkil edən hər hansı bir tərəfin hüququnu qorumaq üçün hərə bir vəkil tutmalı olur. Hazırda rayonlarda 5 milyon əhaliyə 250 vəkil düşür. Bu da onların hüquqlarının qorunmasını məhdudlaşdırır. Bu baxımdan cəmiyyətdəki narahatlığı başa düşürəm. Hesab edirəm ki, bu cür dəyişiklik bizim üçün çox tezdir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın mülki qanunvericiliyinə təklif olunan dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulmur:

“Qanuni nümayəndəlik olduğu kimi qalır. Bu dəyişiklik məhkəmə prosesində ancaq vəkillərin iştirak etməsi ilə bağlıdır. Mülki proseslərdə hüquqi şəxslərin nümayəndələri isə yenə əvvəlki kimi qüvvəsində olacaq. Ancaq bununla belə, bütövlükdə bu qərarı vaxtından əvvəl atılmış addım hesab edirəm. Çünki daha ucuz başa gəldiyi üçün çox adam nümayəndələrə müraciət edirdi. Nəzərə alaq ki, vəkillərin ödədiyi vergi də çoxdur. Ona görə də onların alacaqları vəsaitin miqdarı nümayəndədən artıq olur. Bu qərarı qəbul edərkən bu faktorların hamısı nəzərə alınmalıdır”.

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi müzakirə ediləcək. Dəyişiklikdə nümayəndəlik institutunun ləğv ediləcəyi gözlənilir.

Tarix
2017.10.31 / 14:32
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla