Yuxarı

Prezident Rauf Abdullayevə “İstiqlal” orden verdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

Axar.az xəbər verir ki, xalq artistini təbrik edən prezident İlham Əliyev deyib:

“İlk növbədə, Sizi yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, Azərbaycanın musiqi sənətinə böyük töhfə verirsiniz. Siz 20 ildir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışırsınız. Sovet dövründə siz bu orkestrə rəhbərlik etmisiniz, 1980-ci illərdə. Ondan sonra bir müddət xaricdə çalışmısınız və iyirmi il bundan əvvəl Azərbaycana qayıdıb yenə də bu orkestrə rəhbərlik etməyə başlamısınız. İyirmi ildir ki, bizim hamımızı öz sənətinizlə sevindirirsiniz.

Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə çox yüksək qiymət verirdi. Mən sizinlə onun çoxsaylı görüşlərinin şahidi olmuşam. Bilirəm ki, onun sizə münasibəti çox yaxşı, çox müsbət idi. Bütün rəsmi tədbirlərdə siz iştirak edirdiniz.

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və siz 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunmusunuz. Bu yaxınlarda mənim Sərəncamımla Azərbaycan dövlətinin ali ordeni olan “İstiqlal” ordeni ilə də təltif edilmisiniz”.

Xalq artisti Rauf Abdullayev də öz növbəsində Ümummilli lider Heydər Əliyevin incəsənət adamlarına, o cümlədən onun rəhbərlik etdiyi orkestrə daim diqqət göstərdiyini qeyd edib:

“Ulu öndər Heydər Əliyev bizə, bizim orkestrə həmişə dəstək idi, bizim yanımızda idi. Hər dəfə konsertlərdən sonra yığışanda söhbət zamanı həmişə soruşardı, nə var-nə yox, işlər necədir? Arzularımızı ona söyləyərdik və o, hamısını həll edərdi. Bu, bizim üçün böyük qayğı idi.

Siz də onun layiqli davamçısı olaraq bizim incəsənət, mədəniyyət işçilərimizə həmişə hörmət etmisiniz, onlara fəxri adlar, ordenlər vermisiniz. Sizin qayğınızı hamımız hiss edirik. Ona görə də Sizə, Mehriban xanıma möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, işlərinizdə uğurlar diləyirəm”.

Tarix
2017.11.02 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla