Yuxarı

İlham Əliyev Fransa nümayəndə heyəti ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Pyer Alen Rafanı Fransa parlamentinə seçilməsi münasibətilə təbrik etdi və onun Fransa-Azərbaycan dostluq qrupunun rəhbərlik etməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev Pyer Alen Rafanın Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir və siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində əməkdaşlığımız yaxşı nəticələr verir. Prezident İlham Əliyev bir çox fransız şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyət göstərməsinin önəmini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də öz rolunu oynayır. Lakin erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma və yalan məlumatlar yayır, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır.

İkitərəfli əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə daha da güclənəcəyini əminliklə qeyd edib.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Bakıda Prezident İlham Əliyevlə görüşdən böyük şərəf duyduğunu və Fransa-Azərbaycan dostluq qrupuna rəhbərlik etməkdən fərəh hissi keçirdiyini bildirib:

“Bizim hamımızın, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun arzusu budur ki, Fransa-Azərbaycan münasibətləri bundan sonra daha da yüksək səviyyəyə qalxsın”.

O, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də çalışmağın zəruriliyini qeyd etdi. Pyer Alen Rafan Azərbaycan haqqında reallıqların Fransa cəmiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini də vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Pyer Alen Rafan bildirdi ki, Fransa münaqişənin həlli ilə bağlı mövcud olan qətnamələrə sadiqdir.

Görüşdə ölkələrimiz arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Tarix
2017.11.03 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla