Yuxarı

Qarabağ üçün unikal təklif: İqtisadi həll modeli

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu xəttinə qoşulması haqda açıqlaması fonunda Dağlıq Qarabağ məsələsinin siyasi, hərbi deyil, məhz iqtisadi yolla həllinin mümkünlüyü ilə bağlı millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsini təqdim edirik.

- Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu xəttinə qoşulması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda Xarici İşlər naziri Elmar Məmmədyarovun bu məsələyə reaksiyası gecikmədi. Cənab nazir İrəvanın yalnız münaqişə həll olunduqdan və erməni qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından çıxdıqdan sonra BTQ-yə qoşulacağına dair Bakının əsas şərtini açıqladı. Zahid müəllim, sizcə, Ermənistanın buna getməsi nə dərəcədə realdır?

- Konkret olaraq Qarabağ məsələsinə münasibətdə 90-cı illərdə Pol Qobl tərəfindən ərazi mübadiləsi adlı bir təşəbbüsün şahidi olmuşduq. O zaman qeyd olunurdu ki, Mehri və Laçınla əlaqədar edilə biləcək dəyişilliklər fonunda Azərbaycan münaqişənin həlli üçün fərqli yanaşmaları tətbiq etməklə problemin çözümünə nail ola bilər. Lakin onun kənarında Avropa Birliyi səviyyəsində iqtisadi vasitələrlə prosesi ölü nöqtədən tərpətmək yönündə irəli sürülən müxtəlif təkliflərin şahidi olmuşuq. Ən başlıca məsələlərdən biri münaqişənin iqtisadi düstur, prinsip və stimullarla həll edilməsi idi. Bu, əslində, yeni sayıla bilməzdi. Əgər xatırlayırsınızsa, Kipr məsələsində həmin model tətbiq olunmuş, o zaman BMT rəhbərliyinin təşəbbüsü ilə Avropa Birliyinə üzvlük yolunda referendum keçirməklə və 3 min səhifədən artıq müxtəlif, iqtisadi, sosial, siyasi şərtləri özündə ehtiva edən sənədləri ratifikasiya etməklə nəhayət münaqişə aparan tərəflər arasında 70-ci illərdən bu yana davam edən müharibəni durdurmaq mümkün olmuşdu. Hesab edirəm ki, əslində bu, çox fərqli, əhəmiyyətli və effektli bir model idi. Çünki hər iki tərəfin qazanması və müxtəlif sülh yaradıcı missiyaların hərəkətə gətirilməsi nöqteyi-nəzərindən çox tutumlu siyasət seçilmişdi. Zənnimcə, Azərbaycan dövlət rəhbərinin yürütdüyü siyasət fonunda, yəni məsələnin yalnız silahlar və hərbi qüvvələr vasitəsilə deyil, eləcə də iqtisadi müstəvidə çözümünü axtarmaq mümkündür. Bilirsiniz ki, ermənilər Bakı-Tiflis-Ceyhandan hər zaman pay götürmək istəyiblər. Çünki onlar realistcəsinə dərk edirlər ki, ən yaxın yol layihəni İrəvandan keçməklə reallaşdırmaq idi. Təəssüf ki, münaqişə nəticəsində qazanan başqaları olub. Əslində, o zamanlar belə bir təklif irəli sürülürdü ki, hər hansı neft kəmərlərinin Qarabağdan keçməsi fonunda burada silaha sarılan qüvvələri neytrallaşdırmaq, onların gələcək iqtisadi mənafelərini təmin etməklə bir qədər məlum düşmənçilikdən geri daşındırmaq mümkün ola bilər.

- Hazırkı reallıqda Dağlıq Qarabağ məsələsinin iqtisadi yolla həlli mümkündürmü?

- Hesab edirəm ki, artıq Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi, hətta paralel olaraq TANAP və TAP layihələri fonunda Dağlıq Qarabağ məsələsinin iqtisadi yolla həlli var və bu, mümkündür. Çünki bütün hallarda müharibələr iqtisadiyyatlar üzərinə gedir, yaxud onun naminə aparılır. Hətta qlobal savaşlarda da əsas hədəf resurslar, ölkələrin malik olduqları sərvətlərdir. Azərbaycan Qarabağı azad etmək naminə ermənilərə neft təklif etmir. Məsələni o dərəcədə bəsit qoymaq düzgün olmazdı. Hər kəsə bəllidir ki, bu regionun siyasətini əsas düzənləyən Azərbaycandır və bu proses genişlənməkdədir. Şimal-Cənub layihəsi də sübut etdi ki, Ermənistanın göz dikdiyi müttəfiqlərin mənafeləri tələb etdikdə onlar çox asanlıqla Bakını bütün siyasətlərin mərkəzinə çevirirlər. Ermənistan hər hansı bir formada BTQ-yə qoşulmaq istəyirsə, çox mümkündür ki, Azərbaycan tərəfi ilə konkret olaraq məsələnin ilkin dövrü üçün ən azı müəyyən işğal olunmuş ərazilərin geri qaytarılması fonunda proses bir nöqtədən tərpənsin. İstər Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, istərsə də Cənubi Qaz Dəhlizi ilə düzənlənən siyasət özü Qarabağ prosesində bir tənzimləmə amili kimi iştirak edə bilər. O üzdən bu məsələlər erməniləri ciddi şəkildə düşündürməlidir. Yəni məncə, Qarabağ məsələsinin iqtisadi yollarla həlli mümkündür və bundan ötrü bölgəyə həm də tam vahid yanaşmaq lazımdır. Bu layihələr Ermənistandan keçə bilərdi və bundan sonrakı dövrlərdə də onları hər hansı şərtlərlə bu layihələrə qoşmaq mümkündür. Bundan ötrü iradə göstərmək lazımdır. Bir sözlə, ermənilər Azərbaycanın həyata keçirdiyi strateji layihələrdən kənarda qalmalarının səbəbləri üzərində düşünürək bu sosial sıxıntının siyasi qərarlarını çıxarmağa qadir olmalıdırlar.

Tarix
2017.11.04 / 09:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla