Yuxarı

Sərkisyan Petrosyanı haqlı çıxardı: Ermənilər yalvarsa da...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan ermənilərin xarici siyasətini puç edib. O üzdən erməni cəmiyyətinin həyatında çox böyük dəyişikliklər mövcuddur.

Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa dair güzəştlərlə bağlı çıxışını şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, istər Qarabağ müharibəsinin I fazasında səhra komandiri kimi iştirak etdiyi, istərsə də siyasi həyata qədəm qoyduğu və sonradan prezidentə çevrildiyi illərdə Sərkisyanın güzəştlərlə bağlı danışmaq səhnələri həddindən artıq az olub:

“Əksinə, o, daha artıq dərəcədə özünü əli silahlı cinayətkar kimi aparır, hərbi mundirini dəyişməsi mahiyyətcə onun normal mülki proseslərdə, demokratik dünyada, regional təhlükəsizlik mühitində davranışlar göstərməsini qətiyyən şərtləndirə bilməyib. Bu, avtomatik olaraq hər kəsdə belə bir qənaəti möhkəmləndirib ki, 90-cı illərdə savaşdan gələn və təcavüz aktlarında iştirak edən şəxslərin elitaya çevrilməsi son dərəcə təhlükəlidir. Yəni erməni tərəfi ciddi şəkildə daim konfrantasiyanı körükləyəcək və danışıqlar heç bir nəticə verməyəcək. Hətta Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə başlayan və ən sonda Kazanda yekun nöqtəsi qoyulan danışıqlar raundu zamanı da Sərkisyan öz cəmiyyətini güzəştlərə, hər hansı qarşılıqlı addımlara, hər iki tərəfin mənafeyinə xidmət edən layihələrdə birgə iştirak məsələlərinə daşımamışdı. Nəhayət, artıq ötən ilin aprelindən bu yana dövlət siyasətçilərinin, o cümlədən müxtəlif hakimiyyət qollarında təmsil olunan şəxslərin və cəmiyyətin təfəkküründə xeyli transformasiyalar baş verib. İndi Ermənistan tərəfindən ağrılı güzəştlər mövzusunun gündəmə gətirilməsi o deməkdir ki, onlar maksilmalizmin son dərəcə amansız nəticələrindən yorulublar”.

Sərkisyanın bəhs etdiyi güzəştlər məsələsinə gəlincə, millət vəkili ermənilərin ən azı arxa planda geriyə hansı addımları ata biləcəyini də açıqlayıb:

“Düşünürəm ki, ilk növbədə bu mövzudan danışılmasının özü elə-belə baş verməyib. Hər halda Azərbaycan qətiyyət göstərib, ölkəmiz əleyhinə olan müxtəlif təhdidləri neytrallaşdırıb. Azərbaycan ən ağır illərində belə təslimçilik sazişinə getməyib. Bu, çox önəmlidir. Hesab edirəm ki, onlar hər iki varinatın hansı nəticələr verəcəyini təsəvvür edirlər. Azərbaycanın təkibində müstəsna səlahiyyətlər əldə etməklə bu yöndə hansısa addımların atılmasını da gözləyə bilərlər. Düşünürəm ki, bunlar daha artıq dərəcədə Qarabağın hansısa bir yerli parlamentini qurmaq, o cümlədən orada müxtəlif idarəçilik həlqələrinə yiyələnmək, həmçinin bir sıra başqa iqtisadi güzəştlərdir. Yəni hazırkı Azərbaycan konstitusiyası çərçivəsində Naxçıvanın malik olduğu statusla təminatı ehtimal edə bilərlər. Şübhəsiz ki, Sərkisyanın hazırkı dövrdə bu leksikonda danışması vaxtilə “yeni şərtləri zaman gələcək yalvarıb qaytara bilməyəcəyik” deyən, məşhur çıxışını yazaraq sonra istefaya getməyə məcbur olan və müharibə qırğılarının ultimatumları fonunda geri çəkilən Levon Ter-Petrosyanın mövqeyinin haqlı çıxardı”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Qarabağ məsələsinin hansı formada həll edilə biləcəyini açıq mətnlə orada yaşayan əhaliyə bəyan etməlidir:

“Bu, ilk növbədə təhlükəsizliyə veriləcək zəmanətlər və ermənilərin siyasi hüquqları ilə bağlı məsələlərdir. Düşünürəm ki, faktiki olaraq bu gün Azərbaycan içərisində Qarabağın durumu bütün parametrlər üzrə indiki vəziyyətindən qat-qat yüksək olacaq. Onlar neft-qaz resurslarından istifadə etmək imkanı əldə edə bilərlər. Həmçinin müəyyən bir dövrdə bilavasitə ağır vandalizm törətməyənlərin hər birinin hüquqi cəhətdən toxunulmazlığını ortaya qoymaq da mümkündür. Qarabağın bundan başqa bir formada dünyaya çıxışı gerçək deyil”.

Z.Oruc Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammitinin yekun qətnamələrinə Qarabağla bağlı məsələlərin daxil edilməsini mütərəqqi hadisə hesab edib:

“Ermənistan fərqindədir ki, Azərbaycan İrəvanın müttəfiqlərini öz tərəfinə çəkib, onları sıx əməkdaşlığa cəlb edə bilib, 90-cı illərdəki kimi təsir və təzyiqləri, açıq şəkildə antiazərbaycan mövqelərini stimullaşdıraraq erməni planlarının müxtəlif paytaxlarından güclü bir şəkildə əleyhimizə yönəlməsini nəinki neytarlaşdırıb, hətta bunu İrəvanın əleyhinə çevirməyi bacaran iqtisadi, siyasi və bir sıra hallarda hərbi formatlar meydana çıxarıb. Bu gün Azərbaycan ermənilərin xarici siyasətini puç edib. O üzdən erməni cəmiyyətinin həyatında çox böyük dəyişikliklər mövcuddur. Hesab edirəm ki, Sərkisyanın güzəştlərdən danışması siyasi rəqiblərini daha kəskin şəkildə onun üzərinə qaldıracaq. Şübhəsiz, müəyyən özünü patriot sayanlar vəziyyətdən yaralanmağa çalışacaqlar. Ancaq erməni xalqının əsas hissəsi, o cümlədən Qarabağda məzlum, öz təsərrüfat həyatını yaşayan adamlar Azərbaycanla sülhün tərəfindədirlər. Ona görə də bu təqəbəqə öz hakimiyyətlərini məcbur etməlidirlər ki, bu müharibəni, ölkənin özü boyda hərbi cəbhəxanaya çevrilməsini durdursunlar və normal qonşuluq münasibətləri üçün mühüm addımlar atsınlar”.

Qeyd edək ki, ötən gün Ermənistan Prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı ölkəsini ağrılı qərarların gözlədiyini açıqlayıb. “Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - S.Sərkisyan qeyd edib.

Tarix
2017.11.04 / 10:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla