Yuxarı

İran-Ərəbistan müharibəsi olacaq? - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər iki dövlət bir-birinə qarşı elan olunmamış müharibədə dini ideologiyanı əlində bayraq tutur, əslində isə İran və Səudiyyə Ərəbistanı arasında problem heç də şiə-sünni məsələsi deyil. Bu ölkələr Yaxın Şərqdə regional liderlik uğrunda bir-biri ilə mübarizə aparırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov qeyd edib. O bildirib ki, bu mübarizəni heç cür dini zəmində bir qarşıdurma adlandırmaq olmaz, baxmayaraq ki, hər iki tərəf öz tərəfdarlarını yanlarına çəkmək üçün bu “motiv”dən istifadə edir:

“Bu, daha çox, hakimiyyət uğrunda mübarizəni xatırladır və SSRİ və ABŞ arasındakı soyuq müharibəyə bənzəyir. Onlar düşünürlər ki, regional fövqəlgücdürlər. XIX əsrdən başlayaraq fövqəlgüclərin kiçik ölkələr üzərində hökmranlığı ideyası yayılmaqdadır. Əgər bu iki dövlət regionunun “ağa”sı rolunda çıxış etmək istəyirsə, o zaman bölgədəki ölkələrə kölgədən nəzarət etməlidir. Onu da qeyd edim ki, tərəflər arasında olan “zərif balans” 2000-ci illərin əvvəlindən pozulmuşdur. Birinci belə zərbə kiçik Buşun İraqda Səddam rejimini dəyişməsindən sonra baş verdi. Belə ki, İraqın yeni şiə hakimiyyəti ondan öncəki oturuşmuş münasibətləri dağıdaraq İran ilə yaxınlaşıb, Səudiyyə Ərəbistanından bir qədər uzaqlaşmağa başladı. Yəmən, Bəhreyn və Suriyadakı hadisələr ilə iki rəqib arasında olan balanslaşma daha da pozuldu. Bütün bu hadisələr Ər-Riyad və Tehran arasında status-kvonun dağılmasına səbəb oldu. Belə olan halda, biz hər iki dövlətin regionun ayrı-ayrı ölkələrində bir-birinə qarşı vasitəli müharibəyə başlanmasının şahidi oluruq. Hər iki tərəf zirvəyə qalxaraq digərini diz çökdürmək üçün bir-birinə qarşı açıq müharibədən başqa bütün yollardan istifadə edir”.

Politoloq Zaur Məmmədov bu ölkələr arasında baş verə biləcək müharibə ehtimalından da danışıb:

“Müharibə çox güman ki, olmayacaq. Əslində, İran və Ərəbistan öz geosiyasi təhlüləsizlik sərhədləri üzərində işləyirlər. Yəməndə siyasi böhran və husilər tərəfindən Sənanın əldə edilməsi Səudiyyəni bu ölkənin vətəndaş müharibəsinə qarışdırdığı kimi, Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdən gedəcəyi təhlükəsi qarşısında da İran bu ölkənin vətəndaş müharibəsinə qarışmalı oldu. Yaxın Şərqdəkı bəzi ölkələr bu iki liderliyə ambisiyalı olan ölkələrin “yem” olmasından çəkinərək “gah nala, gah isə mıxa” vurmaqla məşğuldurlar. Misal üçün, Oman tərəflər arasında səmimi vasitəçi kimi çıxış etməyə səy göstərir. Regionun digər dövləti olan BƏƏ hər iki ölkə ilə xoş münasibətləri davam etdirməkdədir. O ki qaldı Livana, burda vəziyyət qəlizdir. Səudiyyə Ərəbistanı və İran ilə münaqişəyə girməməkdə maraqlı olan Livan son zamanlar Tehrana sarı daha çox istiqamət almaqda davam edirdi. Keçən həftə İran – Livan danışıqlarından dərhal sonra Livanın başçısının Ər-Riyada səfər etməsi və orada istefa verməsi də olduqca maraqlı vəziyyətdir. Yeri gəlmişkən, Livanda xristian, şiə, mülayim sünnilər ilə Səudiyyə tərəfindən dəstəklənən radikallar arasında mübarizənin də get-gedə amansızlaşmasının şahidi ola bilərik. Beləliklə, regionun “ağa”lığı uğrunda mübarizə davam etməkdədir. Lakin tərəflər arasında müharibənin olması istisnadır. SSRİ-ABŞ, Rusiya-ABŞ arasındakı münaqişədə olduğu kimi, bu münaqişə də “özgə ərazilərdə” davam edəcəkdir. Yeri gəlmişkən, bu iki ölkə arasında olan dərin zidiyyətlər Türkiyənin xarici və daxili problemlərlə üz-üzə qaldığı bir vaxtda bu ölkənin xeyrinədir”.

Qeyd edək ki, bir müddət əvvəl husilərin Ər-Riyada uğursuz raket zərbəsindən sonra Səudiyyə tərəfi bu olayda İranı günahlandırmışdı. İran XİN sözçüsü Bəhram Qasımi isə Ər-Riyadın bu yöndə olan açıqlamasını təxribat xarakterli olduğunu vurğulamışdı.

Tarix
2017.11.07 / 10:19
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla