Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2018


Bu sistem yenidən qurulacaq - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasim iştirakçılarına müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubu dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

Müraciətdə deyilir: “Hörmətli mərasim iştirakçıları! Sizi Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan paytaxtında yeraltı nəqliyyatın yaradılması ideyası hələ 1930-cu illərin əvvəllərində şəhərin perspektiv inkişafı üzrə baş planı işləndiyi vaxt meydana çıxıb. İkinci Dünya müharibəsinin başlaması həmin planın, eləcə də metro tikintisi ideyasının gerçəkləşdirilməsinə imkan vermədi. Sonrakı dövrdə qarşıya çıxan ən müxtəlif çətinliklərə baxmayaraq, metro inşaatçılarının böyük zəhməti bahasına 1967-ci ilin noyabr ayında Bakı Metropoliteninin birinci növbəsi işə salındı ki, bu da Azərbaycanın həyatında baş vermiş mühüm və əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik edərkən məhz onun diqqət və qayğısı sayəsində Bakı Metropolitenində tikinti işlərinin sürəti intensivləşdirildi, yeni xətlər istismara verildi, yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırıldı.

Ötən yarım əsrdə Bakı şəhərinin infrastrukturunda və əhalinin ictimai nəqliyyatla təminatında metropolitenin fəaliyyətinin nəticəsi olaraq köklü dəyişikliklər baş verib, onun ümumşəhər sərnişindaşımalarında payı davamlı olaraq artıb. Metropolitenin istismarı sahəsində irimiqyaslı işlər aparılıb və müasir avadanlıqlarla təchiz edilən maddi-texniki bazası təkmilləşdirilib. Dövrün tələblərinə uyğun texnologiyaların tətbiqi, yeni standartlara keçidin başlıca meyar olması və insan resurslarının lazımınca dəyərləndirilməsi bu gün Bakı metrosunun inkişafında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edib.

Metro stansiyalarının tərtibat baxımından milli memarlıq sənətinin ornamentlərlə zəngin nümunələrinə çevrilməsi xüsusilə sevindiricidir.

Perspektivdə metro şəbəkəsi genişləndiriləcək və inkişaf etdiriləcək. Metropoliten müasir tələblərə müvafiq sürətdə yenidən qurulacaq və sərnişinlərin təhlükəsizlik səviyyəsi daha da yüksələcək.

İnanıram ki, Bakı Metropoliteni QSC-nin texniki hazırlığa malik peşəkar kollektivi bundan sonra da özünün iş ahəngini qoruyub saxlayacaq, əzmlə çalışacaq və üzərinə düşən vəzifələrin layiqincə yenirə yetirilməsi üçün bacarıq və qüvvəsini əsirgəməyəcək”.

Tarix
2017.11.08 / 13:28
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

İlham Əliyev "Maykrasoft"un vitse-prezidenti ilə görüşdü

İlham Əliyev: Rusiya ilə bu sahədə danışıqlar aparırıq

İlham Əliyev Kvirikaşvili ilə görüşdü

İlham Əliyev Davosda: Cəmi 26 yaşımız var, amma...

İlham Əliyev “Black Rock”un təsisçisi ilə görüşdü - Video

Prezident 30-a yaxın görüş keçirəcək

Əli Kərimliyə yeni faciə lazımdır – Millət vəkili

Yaponiya Bakının daxil olduğu quruma yaxınlaşır – Səbəb

İlham Əliyev OPEK-in baş katibi ilə görüşdü

Ankaradan Bakıya əsas: Qarabağ əməliyyatı başlaya bilər…

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla