Yuxarı

Həmvətənimizin zellandiyalı baş nazirlə selfisi – Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zellandiyada fəal siyasətlə məşğul olan Leyborist Partiyasının üzvü Tofiq Məmmədov bu ölkənin baş naziri, Leyboristlər Partiyasının sədri Caasinda Ardernlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat yayıb. O bildirib ki, bu il parlament seçkilərində Leyboristlər Partiyası T.Məmmədovun namizədliyini irəli sürüb:

“Siyasi dairələrlə əlaqələri güclü olan T.Məmmədov seçkilərdə məğlub olmasına baxmayaraq, partiyada kifayət qədər nüfuza malikdir. Bu əlaqələr iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərir. Çünki T.Məmmədov hər zaman Azərbaycanla fəxr edib.

T. Məmmədov seçki prosesində debatlar zamanı yerli əhaliyə özü, doğulub boya-başa çatdığı Azərbaycanın malik olduğu potensialdan danışıb və Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib”.

Qeyd edək ki, 22 ildir Yeni Zellandiyada yaşayan T. Məmmədov 1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni Zellandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta təhsil alıb. O, Açıq Politexnik İnstitutunun məzunudur.

Tarix
2017.11.08 / 16:38
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla