Yuxarı

Qarabağda yeni cəbhə: Kreml Türkiyə müdaxiləsinə razıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin onunla Dağlıq Qarabağı müzakirə etmək istəyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə əliboş qatılmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraovanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə açıqlamasını şərh edərkən bildirib.

“M.Zaxarova bu gün keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmasların istisna olunmadığını və bunun üzərində iş getdiyini deyib.

Burada iki əsas məsələ var. Birinci hissədə ona işarə edilir ki, münaqişənin həlli ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin məşğul olması vacib deyil. Məsələn, Türkiyə ilə də bu mövzuda dərin müzakirələr mümkündür. İkinci hissədəki “üzərində işlənilir” ifadəsinə gəldikdə isə görünür, Rusiya münaqişənin həlli məqsədilə ona münasib şərtləri müəyyənləşdirir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarova ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün çalışacaqlarını deyib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda təmasların da istisna edilmədiyini bildirib və iki ölkənin XİN rəsmilərinin görüşünün ilin sonuna planlaşdırıldığını qeyd edib.

Tarix
2017.11.09 / 16:36
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla