Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2018


Türkiyə AŞPA-ya adekvat cavab verdi - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin AŞPA-nın maliyyələşdirilməsi üçün ayırdığı vəsaiti azaltması onun AŞPA-ya qarşı adekvat cavab addımıdır. Bundan Avropa strukturları, o cümlədən başda AŞPA olmaqla, nəticə çıxarmalıdırlar ki, onların kəskin addımlarının bütün hallarda adekvat cavabı olur.

Bu sözləri Axar.az-a politoloq Elşad Mirbəşiroğlu Türkiyənin AŞPA-ya ayırdığı vəsaitin həcminin azaldılmasının gələcəkdə onun üçün hansı mənfi nəticələrə səbəb olması ilə bağlı məsələni şərh edərkən deyib. O bildirib ki, bunun Türkiyənin fəaliyyətinin məhdudlaşdırılması və xarici siyasətinin müəyyən çərçivəyə salınması istiqamətində hər hansı bir mənfi təsiri olmayacaq:

“Hər şeydən öncə diqqət yetirmək lazımdır ki, Türkiyə nəyə görə AŞPA-ya maliyyə yardımını azaltmaq qərarına gəlib. Xatırlayırsınızsa, bir müddət öncə Avropa Şurası Parlament Assemblyasında Türkiyə ilə münasibətdə çox ədalətsiz qərarlar verilmişdi. Bundan öncə də müxtəlif Avropa strukturlarının Türkiyəyə münasibətində ikili standartlar özünü açıq şəkildə büruzə verirdi. Heç şübhəsiz ki, Avropanın Türkiyəyə qarşı olan bu addımlarının əsas səbəbi Ankaranın daha müstəqil siyasət yürütməsi ilə bağlıdır. Bildiyimiz kimi, Türkiyənin parlamentli idarəetmə üsulundan prezidentli respublikaya keçidi Avropada birmənalı qarşılanmadı və sərt reaksiyaya səbəb oldu. Bu da onunla bağlı idi ki, parlamentli idarəetmə zamanı Türkiyədə Ədalət və İnkişaf Partiyası dövrünə kimi koalision hökumətlər formalaşmışdı və Türkiyənin siyasətinin yönləndirilməsində müəyyən kənar güclərin təsiri olurdu. Amma prezidentli respublika dövründə Avropa və ABŞ-ın bu imkanları məhdudlaşacaq”.

Politoloq qeyd edib ki, bu baxımdan onlar Türkiyəyə münasibətdə sərt mövqe sərgiləməyə başladılar:

“Ona görə də Türkiyə bu addımı atması gözlənilən idi. Çünki AŞPA-ya münasibətdə Türkiyə onsuz da cavab reaksiyaları nümayiş etdirəcəklərini bəyan etmişdi. Bu da Türkiyənin adekvat cavab reaksiyasıdır. Bildiyimiz kimi, bundan öncə Rusiyada təşkilatdakı səsvermə hüququnun əlindən alınmasından sonra AŞPA-ya yardımı azaltmışdı. Bu Rusiyanın nə daxili mühitinə, nə də xarici siyasi gedişlərinə ciddi təsir göstərdi. Eynilə də Türkiyə üçün də bu addımın hansısa mənfi fəsadlar törədəcəyini düşünmürəm”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Baş katibi Torbyorn Yaqlanda göndərdiyi məktubda Türkiyənin artıq AŞPA üçün böyük donor olmaq istəmədiyini bildirilib.

Tarix
2017.11.11 / 16:08
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycan gücünü daha da artırır – Millət vəkili

Deputat türkiyəli rəsmilərlə Qarabağı müzakirə etdi

Paşinyan Qarabağı Bakıya qaytarmağa hazırdır – Sərkisyan

İlham Əliyev Türkiyəyə getdi

Qarabağda sülhə ümid varmı? - ABŞ mediası

XİN rəhbəri İtaliya Senatının sədri ilə görüşdü

Baş nazir Meredovla görüşdü

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - Foto

Parlament qərar verdi: Kosova ordu yaradır

“Reqnum”da erməni arqumentini darmadağın edən – Təhlil

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla