Yuxarı

Ermənistan bölgədəki vəziyyətə mənfi təsir göstərir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Ticarət Mərkəzinin rəsmiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanın həyata keçirdiyi böyük iqtisadi və enerji layihələrindən danışıb.

Q.Paşayeva Beynəlxalq Ticarət Mərkəzinin İcraçı direktorunun müavini Dorozi N.Tembo və Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Vanessa Eroqbaqboya Azərbaycanda aparılan iqtisadi islahatlar və onların müsbət nəticələri, Azərbaycanın turizm potensialı, həyata keçirilən böyük nəqliyyat layihələri və bu layihələrin regiona verəcəyi böyük töhfələrdən söz açıb.

Millət vəkili görüş zamanı Azərbaycanı haqlı davası – Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaraq işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmır. İşğalçının vandalizm aktlarını davam etdirməsi bölgədəki vəziyyətə ciddi mənfi təsir göstərir. Bu problemin həlli istiqamətində beynəlxalq təşkilatlar səylərini daha da artırmalıdırlar”, - millət vəkili deyib.

Tarix
2017.11.13 / 14:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla