Yuxarı

Prezident baş nazirdən bu səlahiyyəti niyə aldı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qərar sübut edir ki, ölkə başçısı hər bir millətin varlığını və öz mövcudluğunu saxlaması üçün ən mühüm atribut olan dili qorumaqda israrlıdır, onu dövlət siyasətinin aparıcı ana xəttinə çevirməkdədir və bütün komandasına, hakimiyyət qollarına da məhz bunu təlqin edir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncamını şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, bütün hakimiyyət qollarında dilə ehtiramın göstərilməsi önəmli şərtdir:

“Nəzərə almalıyıq ki, dilimiz də millətimizin taleyi kimi çox ağrılı yollardan keçib. Reallıq ondan ibarətdir ki, ötən əsrlərdə biz dilimiz vasitəsilə də çox sınağa çəkilmişik. Təkcə son yüz ildə dilimizin adı və əlifba 3-4 dəfə dəyişikliyə məruz qalıb və hər dəfə belə islahatlar fonunda dilimiz üzərində həyata keçirilən cəzalandırma siyasətindən sonra biz “yeni millətə” çevrilmişik. Dilin qorunması hər bir şəxsin özündən asılıdır. Əlbəttə ki, dərhal dövlətin üzərinə daha çox yük düşdüyünü hamı qeyd edir. İlk növbədə idarəetmə sistemində rəsmi razılaşmaların dil normalarına uyğun aparılması vacibdir.

İkincisi, KİV-lərdə dilin tələblərinə mütləq şəkildə riayət olunmalıdır. Çünki dil də ölkənin coğrafi məkanı kimi xarici basqılara məruz qalır. Bu, hamının həyatında, leksionunda özünü güclü bir şəkildə hiss etdirir. Türk, rus və ingilis kəlmələri həyatımızda yer almaqdadır. Belə olan təqdirdə media orqanları üzərində ən vacib məsələlərdən biri dillə bağlı tələbləri qoruyub saxlamaqdır.

Üçüncüsü, ölkənin iqtisadi həyatında, sahibkarlıq sferasında və cəmiyyətin özünün birbaşa fəaliyyətində bu məsələlərlə bağlı dil normalarının gözlənilməsidir. Təəssüf ki, bu sahədə həllini gözləyən bir çox problemlər mövcuddur. Əksər sahibkarlıq subyektlərində reklam vitrinləri xarici dillə müşayiət olunur. Belə olan halda dil daha artıq dərəcədə yad bir yerdə qalır. Əlbəttə ki, ikinci və üçüncü dil siyasətini dövlət özü həyata keçirməlidir ki, əmək miqrasiyası problemlərində bu amil insanlarımızın ziyanına işləməsin. Ancaq bu, heç bir halda ana dilinin məhv edilməsi, tapdalanması və aradan çıxması hesabına olmamalıdır. Prezident çıxışlarının birində söyləmişdi ki, Azərbaycan ekranlarında, bizimlə eyni məkanın ölkələrindən gətirilən film, tamaşa və verilişlər özü ilə bərabər tamamilə fərqli bir siyasəti də gətirir. Əslində, reallıq ondan ibarətdir ki, hər hansı bir millət öz kökündən məhz belə qopur. Ancaq bu gün Avropanın ən yuxarı tranformasiyasına məruz qalmış insanlarla ünsiyyətə girmək istəsəniz, görəcəksiniz ki, almanlar ingilis dilində danışmaq istəmirlər. Baltikyanı ölkələrdə də eyni mənzərədir. Ona görə də ölkə rəhbərinin timsalında belə bir komisiyasının fəaliyyətinin yenidən gücləndirilməsi mövqeyi o qənaəti yaradır ki, biz işğal problemlərinə həm də bu sahədən gələn təsirlər, axınlar səviyyəsində yanaşmalıyıq”.

Millət vəkili yeni qərar sayəsində müxtəlif nəzarət qurumlarının da yaradılacağını əminlikdə qeyd edib:

“Çünki gördüyünüz kimi bu sahədə xeyli hüquqi boşluqlar mövcuddur. Baxın, qanunvericilik aktlarında qeyd etdiyimiz hər hansı bir hüquqi şəxslərin yaradılması ilə bağlı dil normalarının tələblərini müəyyənləşdirmişik. Görünür, burada elə bir yayğınlıq da mövcuddur ki, istənilən şəxs belə mövqedən çıxış edir. Hesab edirəm ki, bu işə ölkə başçısının birbaşa sədrlik etməsi imkan verəcək ki, bir tərəfdən nəzarət qurumları meydana çıxsın, o biri yandan da bununla bağlı məhdudiyyətlər müəyyənləşsin. Heç şübhəsiz ki, inzibati cəzalandırma mexanizmləri bu sahədəki problemləri müəyən qədər aradan qaldıracaq. Digər tərəfdən, dövlət qulluğu sistemi, Azərbaycan məmurunun, bütün hakimiyyət qollarının siması bu dildə danışan insanlardan ibarət olmalıdır. Kimsə bununla rus, ingilis, fars dilini öyrənməyi qadağan etmir. Gördüyünüz kimi, dil kursu mərkəzləri bu yöndə geniş fəaliyyət aparmaqdadır. Ancaq bu, bizim məkanın daralması hesabına edilməməlidir”.

Millət vəkili sözügedən məsələ ilə bağlı müxtəlif tədbir və proqramlar həyata keçirilməsini vacib sayıb:

“Azərbaycanda bununla əlaqədar geniş təcrübə mövcuddur, həddindən artıq peşəkar mütəxəssislərimiz var. Onların bu yöndə addımlarını koordinasiya etmək lazımdır. Hesab edirəm ki, dövlət başçısı da məhz bu zərurəti nəzərə alaraq institut rəhbərlərini bu quruma başçı təyin etmədən məsələyə birbaşa dövləti xarakterdə münasibətini ortaya qoydu. Çünki dil təhlükəsizlik məsələsidir, milli varlıqdır, ədəbiyyat, təhsil hadisəsidir. Bu, ölkə rəhbərinin dərin müşahidələrindən və mövcud problemləri qiymətləndirməsindən sonra çıxarılan bir qərardır. Bu gün dəqiq tədqiqatlar aparsanız, görəcəksiniz ki, ölkənin dil məkanı basqı altındadır. Şübhəsiz ki, ölkənin birinci şəxsi bunu çox yaxşı görür. Təəssüflə demirəm ki, bu gün məmurlar hansı dildə danışmağa üstünlük verirlər. Çünki son illərdə bu xətt azalıb və daha çox milli dilə üstünlük verilir. Hesab edirəm ki, prezidentin rus və ingilis dili ilə yanaşı, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan dilində çox rahatlıqla çıxış etməsi hamı üçün bir çağırış olmalıdır. Bir sözlə, ölkə rəhbərinin bu işi öz sərəncamına götürməsi sübut edir ki, dil qəbul olunmuş yüzlərlə proqramdan önəmli bir siyasət, təhlükəsizlik hadisəsidir. Əminəm ki, bundan sonrakı dövrdə atılan addımlar ilk növbədə ölkə rəhbərinin diqtəsi altında olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən komissiyaya birbaşa prezident özü sədrlik edəcək.

Bundan öncə Dövlət Dil Komissiyasına Baş nazir Artur Rasizadə rəhbərlik edirdi.

Tarix
2017.11.14 / 16:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla