Yuxarı

Lavrov konkret təkliflə gəlir - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprel döyüşlərindən sonra sülh prosesində yeni mərhələ başlayıb. Təxminən il yarım ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 3 görüşü təşkil olunub: Vyana, Sankt-Peterburq və Cenevrə görüşləri. Hazırda müşahidə olunan prosesi bu çərçivədə dəyərləndirmək lazımdır. Şərti olaraq bunu “Vyana-Peterburq-Cenevrə prosesi” adlandırmaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təmasların intensivləşməsinin Soçidə keçirilmiş Putin-Ərdoğan görüşü ilə əlaqəsi yoxdur:

“Sonuncu görüşdə, yəni Cenevrədə prezidentlər növbəti addım kimi həmsədrlərin xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüşü keçirmələrini qərara almışdılar. Moskva görüşü məhz həmin qərarın nəticəsidir, Putin-Ərdoğan danışıqlarının yox.

Hələlik dəqiq məlum olan məqam hazırda əsas müzakirə mövzusunun prezidentlərin keçirdikləri görüşlərdə razılaşdırılan məsələlərin həyata keçirilməsidir. Həmin görüşlərin nəticələri əsasında yayılan bəyanatlarda tərəflərin təmas xəttində gərginliyin azaldılması üzrə razılıq əldə etdiyi açıqlanmışdı. Lakin bu istiqamətdə praktik addımlar atılmır. Böyük ehtimalla Moskva görüşlərində, eləcə də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana səfərləri zamanı bu məsələnin müzakirəsi prioritet olacaq”.

Politoloq vurğulayıb ki, hazırda proseslər Rusiyanın liderliyi ilə aparılır:

“Qərbdən olan vasitəçilər – ABŞ və Fransa Rusiyanın təşəbbüsü öz üzərinə götürməsinə razı kimi görünür, ən azı onlar buna mane olmağa çalışmırlar. Əsas səbəb budur ki, Rusiya həm Ermənistan, həm də Azərbaycan üzərində ciddi təsir imkanlarına malikdir və hər iki ölkənin Moskva ilə çox yaxın əlaqələri var. Eyni zamanda, hazırkı mərhələdə Qərb üçün Cənubi Qafqazda prioritet ölkə Gürcüstandır. Bu ölkənin Rusiyanın təsir dairəsindən tam çıxarılaraq avroatlantik strukturlara inteqrasiyası prosesi aparılır. Bu səbəblə, Qərb Rusiyanın Azərbaycan və Ermənistanda nüfuzunun genişlənməsindən çox da narahat görünmür. Düşünürəm ki, Rusiya ilə bir çox istiqamətdə mübarizə aparan Qərb yeni cəbhə açmaq arzusunda deyil, ona görə də Qarabağ münaqişəsinin həllində Moskvanın dominant rolu ilə barışıb. Masada münaqişənin həllinə dair konkret təkliflər olduğunu ehtimal etmək olar. Ola bilsin, Lavrov bu təkliflər əsasında bütün həmsədr ölkələr adından hansısa yeni yanaşma, yeni plan ortaya qoyacaq, yaxud ötən müddətdə tərəflərə təqdim olunmuş planın, ideyaların daha konkret və detallı müzakirəsi aparılacaq”.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlayıb.

Tarix
2017.11.15 / 16:44
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla