Yuxarı

İlham Əliyev 3 sərəncam imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:03

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

18:40

İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov
Yusuf Məmmədəliyev
Azad Rəhimov
Fazil Məmmədov
Elmar Məmmədyarov
Ramil Usubov
Kəmaləddin Heydərov
Samir Şərifov
Ramin Quluzadə
Əbülfəs Qarayev
Oqtay Şirəliyev
Mikayıl Cabbarov
Aydın Əliyev
Mədət Quliyev
Firudin Nəbiyev
Elçin Quliyev
Cahangir Əsgərov

Balababa Rzayev

Çingiz Hüseynzadə

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

20:16

İlham Əliyev “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 177; 2010, № 2, maddə 80, № 9, maddə 773; 2012, № 2, maddə 115; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri “Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilsin;

1.2. “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Polşa Respublikası tərəfinə bildiriş göndərsin.

Tarix
2017.11.15 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla